Skip to main content

Posts

Showing posts with the label Balaca Şahzadə

Balaca Şahzadəm

Əsasən hansısa bir kitabı oxumamışdan qabaq onu sənə kimsə tövsiyyə edir.Bu kitabı da hardasa 2 il bundan qabaq mənə oxumağı məsləhət görəndə nədənsə gülüb keçmişdim.Amma keçən axşam yenə nədənsə nəsə oxumaq istəyirdim.Bilmirəm bu fikir imtahan qabağı hardan ağlıma gəlmişdi çünki məntiqlə yanaşsaq işimi rahatladacaq nəsələr oxumalı idim. Bu yazını da yazanda nədənsə imtahan barədə düşünmürdüm... İnsan nə qəribə məxluqdur ,bütün ömrü boyu ünsiyyətə can atır .Suallarına cavablar tapmasa belə dönə-dönə onları təkrar etməkdən yorulmur.Balaca Şahzadə kimi.Bir az mən kimi.Nə üçün insanlar hara getdiklərini belə bilmədən sürətli qatarlara minirlər?Böyüklər nə qədər axmaqlar? Məgər ciddi olmaq sərhədləri aşmamaq mənasınamı gəlir.Nədən insanlar sevmək,mübarizə aparmaq istəmir?Bitib tükənməyən suallar.Qarşılığında isə sualların cavabsız qalması.Bir dostum deyirdi bilirsən suallar mənasızdır,cavablar ondan da bezdirici.Amma mən israrla ona qarşı çıxır.Həqiqətin doğrululuğuna inanmaq istəmirdim....