Okeanın o tərəfindəki həyat çox cəlbedicidir,bir az da qorxulu.Amma bu həyat məni özünə çəkir nədənsə.Buna görədir ki ,ölkələrində doğru həyat tərzini tapa bilməyənlər ABŞ vətəndaşı olmağa çalışır.Çünki ölkə rəngarəndir ,genişdir, sənə istənilən anda qucaq aça bilər.Bəzən bu ölkəni antidemokratik olmaqda günahlandırılar amma nəzərə almırlar ki ,adi insan münasibətlərində də bu belədir güclü olan qalib gəlir.Məgər az olub bir az güclü olduğumuzu hiss edən kimi başqasının başından vurmağımız)))(lirik ricət qayıdaq əsas məsələyə arzuların ölkəsinə))
Keçən dəfə TV də izlədim .Barak Obama qızlardan ibarət basketball yığması ilə görüşmüşdü.Növbə xatirə şəkli çəkdirməyə gəldi.Qızlardan biri ölkə prezidentinin başından iki barmağını qaldıraraq zarafatlaşdı.Dostlarımız arasında kimsə bizə(təbii əgər ciddiyətiniz varsa) belə hərəkət edəndə buna dözülməz münasibət bəsləyirik.Amma onlar zarafat ,hətta tənqidə belə açıqdılar.İşin ən yaxşı tərəfi isə Prezident buna american smile ilə cavab verdi!İndi bu halda müqayisə eləmək istəmirəm .Deyəcəklər bizim aramızda əsr fərqləri var falan filan.Amma başqa bir örnəkdə göstərə bilərəm .Yaponiyada uzun müddət qapalı ölkə kimi qaldı amma sonrasında nə oldu-İndi İEÖ -lərdən öndə gedənidir .Deyəcəyim hər şey millətin özündən inkişaf etmək təşəbbüsündən asılıdır.Belə deyək təşəbbüslə tərəqqi bu halda düz müntənasib olacaq.
Bəs bu ABŞ da həyat tərzi necədir(çox təriflədim axı deyəsən)
Deməli ölkə nə qədər zəngin olsa da yoxsulluq və məhrumiyyət anlayışları onlara da yad deyilmiş.Bunu ölkənin kənarlarında deyil mərkəzdə də müşahidə etmək olar.Mississippi Deltasının sakinləri həddindən artıq yoxsulluqdan əziyyət çəkirlər.Amma orta amerikalının həyat tərzi çox yüksəkdir.Hətta 2001 -ci ildə amerikalıların 68,1 faizi(nə qədər elədim klaviaturada faiz işarəsini tapa bilmədim-nəsə qaranlıqdır olar arada belə şeylər)))özlərini ev sahibi olaraq göstərmişdir ki, bu statistika bu günə qədər də qalmaqdadır.Avropadan fərqli olaraq burada yer tapmaq elədə çətin deyil.
Milyonlarla amerikali fərqli həyat tərzləri yaşayırlar.Şəhərlərdə eyni yataqda 3 nəfər yatan və isti su tapa bilməyənlər vardır.Belə deyək Kapitalizm ölkəsi.Biri varlıq içində yaşayarkən qonşusu açından ölür(Azərbaycansayağı yanaşma)
Bu arada bu melodiya məni göylərə qaldırır(Westlife-you raise me up)
Amerikalılar deyir:"yaxşı ev sahibəsinin yaxşı qonağı olar"nəsə mən gedim yatım .Americalı smile -lı ve ifadəsi ilə "excuse me"

Comments
Post a Comment