Bəzən belə bir fikir yaranır ki, bəli, ölkəmdə kifayət qədər iş gördüm, özümü təsdiqlədim, başqa bir ölkəyə gedib yeni təcrübələr öyrənib ölkəmə qayıda, yaxud qalıb sıfırdan bir həyat qura bilərəm. Araşdırmamız nəticəsində faydalı ola biləcəyini düşündüyümüz və suallarınıza cavab olacağını zənn etdiyimiz bir məqalə hazırlamaq qərarına gəldik. Ancaq öncədən bildirək ki, gözlənilən kimi siyahıdakı birincilərə Avropa ölkəsi daxil olmayıb. İnsanların 2-ci bir həyat üçün bu ölkələri seçməyinin əsas səbəbi budur ki, orada əlverişli vergi sistemləri vardır və biznesə başlamaq üçün yeni fürsətlər açır. Öncədən bildirək ki, psixoloqlar da bu fikirdədirlər ki, xoşbəxtliyi hər yerdə tapa bilərsiniz, hətta öz yaşadığınız küçəni, qonşuları dəyişməklə də buna nail olmaq olar. Qısası, xoşbəxtlik hər yerdədir. Bu gün dünya üzərindəki bir sıra milyarderlər də məhz belə əlverişli biznes mühiti olan ölkələrdən ilhamlanıblar.
1. Baham adaları
Baham gəlir vergisi olmayan ölkələrin sırasındadır və yaşayış üçün minimal xərclərə ehtiyacınız olacaq. Səhiyyə infrastrukturu da sağlamlığınızın qayğısına qalmağa kömək olacaq. Birinci növbədə diqqətinizi bu ölkəyə cəmləyə bilərsiniz.
2. Sinqapur
Əgər qaydaları sevən insanlar arasında həyat axtarırsınızsa, bu ideal cavabdır. Sinqapur, həmçinin unikal qaydalarına görə, gözəl şəhər kimi tanınır.
3. Honkonq
Asiyanın qida və əyləncəsinə görə populyar olan ölkələrindən biridir. Baham adalarındakı kimi əlverişli vergi sistemləri olmasa da, yeni də investorlar üçün ideal imkanların olduğu məkan hesab edilir.
4. Meksika
Meksikada niyə sıfırdan bir həyata başlamalısınız? İsti təbiəti, uyğun yaşayış standarlarına görəmi? Bundan başqa, Meksikanın əhalisi dostcanlıdır. Burada yeni həyata başlamaq, həmçinin yeni bir məcaraya start vermək deməkdir.
5. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
Birləmiş Ərəb Əmirlikləri (BƏƏ) təkcə Asiyada deyil, eləcə də dünyanın bütün ölkələrində populyar hesab edilən istiqamətlərdən biridir. Xüsusən ölkənin şəhəri Dubay yüksək yaşayış standartlarının və dostyana vergi sistemlərinin olduğu yer hesab edilir. BƏƏ-nin siyasi və iqtisadi vəziyyəti də stabildir. Əlbəttə ki, yüksək həyat standartları, həmçinin yüksək qiymətlərdən də xəbər verir. Məsələn, orta mənzili kirayə götürmək təxminən 5000 dollara baha başa gəlir.
Siyahı bu kimi ölkələr ilə davam edir, İndoneziya, Yamayka, Niderland, Bermud adaları, Monako və s. Yuxarıda qeyd etdiyimiz bütün səbəblər bu ölkələrə də aiddir.


Comments
Post a Comment