Markus Raşford Mançester Yunayted və İngiltərənin milli komandasında hücumcu kimi çalışan peşəkar futbolçudur. Bu gün o çox qazanan futbolçulardan biri olsa da öz keçmişini heç vaxt unutmur. O, qida yoxsulluğu pandemiyası adlandırdığı kampaniya çərçivəsində ailələri qida ilə təmin etmək məqsədilə 20 milyon funt-sterlinq toplayıb. Markus hökumətə emosional bir məktub göndərmiş və orada tək anasının beş uşağa baxmaq üçün necə çətinlik çəkdiyindən yazmışdı. 24 yaşlı Raşford bütün liderlərə ən doğru nümunədir. O, təkcə məktub yazmaqla qalmadı, dövləti bu kampaniyada iştiraka məcbur etdi. Futbolçu ehtiyacı olan ailələri ərzaq ilə təmin etmək istəyirdi. Yuxarıda da qeyd etdiyimiz kimi o, bu kampaniyanı ona görə ərsəyə gətirmişdi ki, özü də yoxsul ailədən gəlirdi.
O, müsahibələrinin birində deyirdi, “biz öz işlərimizə (dərslərinə nəzərdə tutur-red.) diqqətimizi cəmləyə bilmirdik. Bizim təkcə yaşamaq üçün qidaya ehtiyacımız var idi. Mən özüm də bu sistemdən gəlirəm, amma indi olduğum mövqedən istifadə edərək, ehtiyacı olan ailələrə köməklik etmək istəyirəm. Ona görə də Britaniya hökumətinə belə bir məzmunda məktub göndərdim.
Markus kampaniyası çərçivəsində insanlardan dəstək toplaya bilir və minlərlə ailəyə köməklik etmək istəyini reallaşdırır. O, təkcə bununla qalmamış bu ilki Milad bayramı ərəfəsində də ehtiyacı olanlara kömək əlini uzatmışdı, bu işdə onu başqa məşhurlar da izləmişdi. Aşpaz Tom Kerric ilə birlikdə 750 000 qidanı əldə etmək üçün daha 200 000 funt sterlinq də toplamışdılar.
“Bu Milad bayramı bir çoxları üçün qəribə və çətinliklərlə dolu idi. Amma yaxşı ki, pandemiyanın gətirdiyi çətinliklə mübarizə aparmaq üçün insanlar əl-ələ vermiş və həll yolu tapmağa çalışmışdılar. Bu dövrlərdə empatiya və şəfqət hissi tam olaraq ehtiyacımız olan hissdir, çoxlarının bunu fərq etdiyini görmək isə sevindiricidir. Onların hamısına təşəkkür edirəm”.
Onun ikiillik kampanyası çərçivəsində yoxsulluqla mübarizədə yeni bir cığır açılmış, eləcə də yoxsul ailələrin övladlarının təhsilinin inkişaf etdirilməsində rolu böyük olmuşdu.
Bir lider olaraq Markusu ona görə, çoxsaylı kütlə dəstəkləyirdi ki, o nə etdiyini doğru şəkildə bilir və hədəfə çatmaq üçün əlindən gələni edirdi. Sadə və təvazökarlığı və risk götürmək qabiliyyəti onu bu kampaniyadan uğurlu çıxmağa sövq etmiş, cəmiyyətdəki öz mövqeyindən istifadə edərək hökuməti bu işin bir parçası olmağa məcbur etmişdi.
Comments
Post a Comment