Fərqli keçmiş və təcrübələrdən gələn insanları eyni təşkilatda bir araya gətirmək incəsənət işidir. Və işçilərin idarəedilməsi bu prosesdə vacib rol oynayır, bir birlik kimi çalışmalarına kömək olur. Danılmaz faktdır ki, hər bir lider işçiləri özünəməxsus şəkildə idarə edir, hər birinin bu məsələdə tərzi unikaldır. İş yerində çalışanların idarə edilməsi idarəetmə tərzi adlandırılır. Çalışanların təbiəti və onların dünyagörünüşü də işin idarəetmə tərzinə təsir edir. Gəlin, birlikdə idarəetmə modellərinə nəzər yetirək.
1. Bu cür çalışma tərzində lider işçilərin ideya və təkliflərinə biganə qalır. İşçilər tamamilə öz liderlərindən asılı vəziyyətdədirlər və müstəqil qərar vermək kimi bir seçimləri yoxdur. İdarəetmə qərarlarına bir təsirlər olmur. Eləcə də belə iş yerində çalışan işçilər daim motivasiya azlığından şikayət edirlər.
Paternalist idarəetmə stili
2. İkinci növ çalışma tərzində lider, işçilər və şirkət üçün nəyin yaxşı ola biləcəyinə qərar verir. Bütün qərarlar işçilər və şirkətin xeyrinədir. Belə yerdə çalışan işçilər lider daxil olmaqla, digər işçilər və şirkət ilə loyal əlaqədədirlər. İşçilər birinci çalışma tərzindən fərqli olaraq daim motivasiyadadırlar və işlərindən zövq alırlar.
Demokratik idarəetmə stili
3. Demokratik çalışma tərzinə sahib iş yerlərində lider işçilərdən gələn geridönüşlərdən məmnundur. İşçilər daim açıq müzakirələrə çağrılır və burada plan və ideyaların müsbət və mənfi tərəfləri analiz edilir. Burada lider və işçilər arasında sağlam və effektiv kommunikasiya mövcuddur. Lider son qərarı verməmişdən öncə işçilərin məsələlərdə fikirlərini öyrənir.
“Laissez faire-fr.” stili - icazə verin, istədiklərini etsinlər
4. Bu cür çalışma modelində isə işçilər ön plandadırlar. Burada işçilər menecerdən asılı olmadan müstəqil qərarlar verir və özləri prosesi idarə edirlər. İşçilər təşkilat və öz karyerası üçün müvafiq hesab etdiyi böyük ideya və arzuları reallaşdırmaqda sərbəstdirlər.
Daim ofisdə gəzərək, prosesləri izləyən idarəetmə stili
5. Nəhayət, sonuncu çalışma modelində isə lider özünü işçilərdən biri hesab edir və çox yaxşı dinləyicidir. Menecer öz işçiləri ilə daim əlaqədədir və onlar üçün ən yaxşı həlli tapmağa çalışır. Burada lider daha çox işçilərin mentoru kimi çıxış edir və nə zaman lazımdırsa dərhal oradadır. İşçilərinin doğru yolu tapmalarına dəstək olur. Lider özünü otağına “həbs etmir”, əksinə ətrafında nəyin baş verdiyini daim öyrənməyə maraqlıdır.
Comments
Post a Comment