Skip to main content

QISA İŞ HƏFTƏSİNİN MÜSBƏT TƏRƏFLƏRİ

Yəqin ki, bir çoxlarınız 5 günlük iş həftəsinin tarixini bilirsiniz, əgər məlumatlı deyilsəniz bildirək ki, bu iş modeli 19-cu əsrdə zavodların birində tətbiq edilib. O dövr üçün yeni hesab edilən model işçilərə ideal görünürdü. İnsanlar səhər oyanır, işə gedir, işlərini icra edir və evə qayıdırdılar. Lakin texnoloji tərəqqinin inkişafı ilə ofis işlərinin sayında artım müşahidə edildi, amma bu dövrdə iş saatının çox olması heç də məhsuldarlığa işarə deyildi. 4 günlük iş həftəsinin tətbiqinin tərəfdarları hesab edirlər ki, müasir texnologiyanın inkişafında ciddi irəliləyiş müşahidə edilir, bu səbəbdən artıq zamanıdır ki, yeni dəyişiklik tətbiq edilsin. Məsələn, Microsoft Yaponiya bu modeli tətbiq edən şirkətlərin arasındadır və müşahidə ediblər ki, işçilərin məhsuldarlığı 40%-ə qədər artıb. Yeni Zelandiya, İsveç də bu modeli sınayıb. O cümlədən, bir sıra Britaniya şirkətləri də bu konsepti (işçilərin əmək haqqlarında heç bir dəyişiklik olmur-red.) sınaqdan keçiriblər və məhsuldarlığın modelin tətbiq edildiyi digər ölkələr kimi artacağına ümid edirlər. Bəs belə bir modelin, biznesiniz üçün nə qədər uğurlu olduğunu necə təyin etmək olar? Bu suala cavab vermək üçün ilk növbədə gəlin 4 günlük iş həftəsinin müsbət tərəflərindən danışaq.  

Hər kəs üçün xərcləri azaldır

Yeni modelin tətbiq edilməsi o deməkdir ki, ofis ekstra bir gün ərzində bağlı qalır, bu isə kommunal, çay, kofe xərclərinə qənaət deməkdir. Bu təkcə, boss-a deyil, eləcə də işçilərin cibinə xeyirdir, aydındır ki, onlar da yol, nahar, əlavə şirniyyat xərclərinə qənaət edirlər. Konsepti bir müddət tətbiq etdikdən sonra, hər iki tərəf xərclərdə ciddi dəyişikliyin şahidi olacaqlar. 

Xoşbəxt işçilər

Üç gün ərzində istirahət edən işçilərin ümumi xoşbəxtlik səviyyəsində artım müşahidə edilir. Heç kim üç gün istirahətə görə şikayət etməyəcək, əmin ola bilərsiniz. Həmçinin işçilərin şirkətə qarşı loyallığı artacaq ki, nəticədə bu hər iki tərəf üçün “win-win” (hər iki tərəf qazanclı çıxır-red.) deməkdir. 

Daha az sağlamlıq problemləri

Mind-in araşdırmasına görə, hər 6 işçidən 1-ində iş həftəsinin gətirdiyi sağlamlıq problemləri müşahidə edilir. Amma daha çox istirahət vaxtı o deməkdir ki, ailəniz, yaxınlarınız, sevdikləriniz ilə daha çox zaman keçirirsiniz, yuxusuzluqdan əziyyət çəkirsinizsə yatırsınız, nəticədə məşğul iş həftəsindən sonra, yeni həftəyə daha gümrah başlayırsınız. 

Məhsuldarlığı artırır

Qısa iş həftəsinin arxasında dayanan ana fikir budur ki, işçilər xoşbəxtdirlər, daha çox enerjilidirlər və iş yerində işə daha çox fokuslana bilirlər. Yeni Zelandiyanın “Perpetual Guardian” şirkəti qısa iş həftəsini sınaqdan keçirib. Belə nəticəyə gəlib ki, işçilərin 78%-i bu modeldən sonra iş-şəxsi həyat balansını effektiv şəkildə qura biliblər. Bu nəticələr modelin tətbiqindən öncəki rəqəmlər ilə qarşılaşdırılıb. Bu nəticə isə cəmi 54% olub.

İşçiləri işə alma və onları şirkətdə saxlamaq  

Gen Z başqa adla millennial dövrdə işçilərə çevik iş modeli tətbiq etmək onları şirkətdə saxlamaq üçün ideal variantdır. Üç günlük həftə sonu isə işçiləri motivasiyada saxlayacaq, hətta növbəti iş həftəsinə keçid etmək üçün həvəsləndirəcək. Bu, həmçinin istedadlı işçiləri şirkət daxilində saxlamaq və onları əlaqədə tutmaq deməkdir. 

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...