Hər bir dostluq qrupunda bir nəfər var ki, həmişə görüşlərə gecikir, artıq onu gecikən insan kimi qəbul edirsiniz. Bəlkə də elə sən gecikən insansan və bu məqaləyə klik etmək qərarına gəlmisən.
Azərbaycanda bu istiqamət ilə bağlı dəqiq bir statistik məlumatımız olmasa da, 2014-cü ildə Amerika cəmiyyətində aparılan YouGov adlı sorğu göstərib ki, hər beş amerikalıdan biri həftədə bir dəfə işə gecikir. Psixoloqlar isə bu fikirdədirlər ki, hər bir insan zaman ilə bağlı fərqli anlayışlara sahibdir. İnsanları öyrənərək belə qənaətə gəliblər ki, onları iki yerə bölmək lazımdır. Birincilər, həmişə gecikməkdən ehtiyat etdiklərinə görə, hər bir görüşə vaxtından öncə gedirlər. İkincilər isə səbəbin nəyin olmağından asılı olmayaraq daim gecikirlər. Psixoloq Greys Peysi BBC Reel-ə deyib ki, ikincilər kimi olmaq bir rutin deyildir, həmçinin birincilərin iş masasına nəzər yetirsəniz, onun daim səliqəsiz olduğunu görə bilərsiniz. Çünki daim gecikənlər üçün prioritetlər yoxdur, dedlayn təyin edilməyib və o, bir işi yekunlaşdırmadan digər bir işi görməyə tələsir. Nəticədə isə xaotik bir vəziyyət meydana gəlir.
Doğrusunu deyəcəyəm, mən birincilərə məxsusam, çünki fikirləşirəm ki, görüşün vaciblik dərəcəsinin nə olmağından asılı olmayaraq daim vaxtından öncə çatmaq lazımdır. Gözlətməyi və gözləməyi sevməyən bir insan olduğum doğrudur. Psixoloqun da bildirdiyi kimi bunu dəyişmək mümkün deyildir, insanın xarakteri ilə bağlı bir vəziyyətdir. Məsələn, hər nə qədər mənfi bir xüsusiyyət olsa da bəzən gecikməyi və sadəcə üzr istəyib vacib iclaslara qatılmağı arzuladığım olmuşdur. Hər nə qədər doğru olmasa da bütün diqqət sənin üzərində cəmlənir. Araşdırmalar da göstərsə də, gecikməməyi yox, gecikməyi dəyişmək olar, amma sonda gəldikləri nəticə budur ki, bu böyük səy tələb edir.
BBC Reel-in təqdim etdiyi araşdırmaya görə, daim gecikən insanlar dedlaynlara əməl etməklə bu mənfi xüsusiyyətindən bir qədər uzaqlaşa bilər.
Yazıçı Devid Robson isə deyir ki, vaxtından öncə görüşlərə gedən insanlar, həmçinin iş yerində çalışqan olmaqları ilə tanınırlar. O deyir ki, çalışqanlılıq insanın ilk beş insan xüsusiyyətindən biridir. Devid əlavə edir ki, ikincilər daim birincilərdən soruşurlar ki, necə punktual olmaq olar, necə dedlaynlara əməl etmək lazımdır və s. Əlbəttə, cavab budur ki, bu xüsusiyyət insan dünyaya gələndə onunla birgə yaranır və inkişaf edir.
Sonda müəlliflər belə qənaətə gəliblər ki, sosial qruplarda daim gecikən insan kimi xatırlanmağa davam etmək istəməyə bilərsiniz. Bunun bircə yolu var ki, nəticəyə yönəlik deadlayn ilə birlikdə kiçik işlər təyin edəsiniz və zamanla punktuallığınızı artıra biləcəyinizin şahidi olacaqsınız. Əlbəttə, zamanla.
Comments
Post a Comment