“Yəqin ki, fərqindəsiniz, hətta adi bir mətn oxuduqda belə düşüncələr zamanın 15-20%-ni dolaşır. Bir çox məşğul biznesmenlər tapşırıq listi yaradırlar, öncədən tədbirləri planlayırlar, amma daha sonra hiss edirlər ki, ediləcək heç bir iş yoxdur”, - bu sözlər Kanadalı tədqiqatçı Conatan Skulra məxsusdur. Amma sahibkarların belə bu problemdən əziyyət çəkdiyini bilməyinizin sizə heç bir xeyri yoxdur. Əvəzində isə problemin kökünə enmək və onu həll etmək lazımdır, bu iş ilə bağlıdırsa, çox güman ki, problem də məhz buradan qaynaqlanır.
1.Yuxu əskikliyi və diqqəti yayındıran yan təsirlər
Bəlkə də bu bənd qəribə gələ bilər, amma normal insan gün ərzində 7-8 saat yatmalıdır. Amma həqiqət budur ki, sahibkarlar bunu etməkdə çətinlik çəkirlər. Nəticədə, onlar ən xırda nüanslara belə diqqəti cəlb etməkdə problem yaşayırlar. Koqnitiv Neyrologiya Cəmiyyətinin son araşdırmasına görə, tam yuxusunu alan insanlar 2 fərqli informasiya resursundan birinə daha çevik şəkildə fokus ola bilir, digər bir resursa isə diqqətini cəmləmir. Həll yolu budur ki, yuxu rejiminizi formalaşdırın və bu qaydaya sadiq qalın.
Salary.com-un apardığı araşdırmaya, əsasən işçilərin 89%-i işdə bəzi boş vaxt itirdiklərini qəbul edirlər. Top siyahıya isə onların telefon ilə danışmağı, qeybət etmələri, internet və sosial mediada boşa vaxt keçirmələri daxil olub. Bütün bunları həyatınızdan çıxarmalısınız, elə bir axtarış sistemindən istifadə edə bilərsiniz ki, sosial mediaya çıxışınıza (işiniz bununla birbaşa bağlı deyilsə-red.) əngəl törətsin və yaxud telefonunuzu söndürün.
2. Prioritetlərin yoxluğu və stress
Bəlkə də diqqət əskikliyindən ona görə əziyyət çəkirsiniz ki, nəyə fokus olacağınızı təyin edə bilmirsiniz. Tipik sahibkarın əlində hər zaman onlarla tapşırıq listi olur. Haradan başlamalı olduğunuzu bilmirsinizsə, siyahıdakı bütün işlərə fokus olursunuz, nəticədə isə hər bir iş yarımçıq qalır. Bu problemdirsə, prioritetləri müəyyən etmək üçün ilkin sistem hazırlamaq lazım olacaq.
Amerikada Tibbi Universitetinin həkimi Con Kabat-Zinnin fikrincə, stress və fokus problemi bir-biri ilə qarşılıqlı əlaqəlidir. Eyni anda bir çox işlərə fokus olur və onları bir an öncə həll etməyə çalışırsınızsa, bu stressdən başqa bir işə yaramayacaq. Bunun üçün qısa fasilə və beyni rahatlaşdıran fiziki hərəkətlər etmək daha yaxşı olacaq.
3. Həyat tərzi faktorları, xaotik ətraf mühit, ADHD
Həyat tərziniz də fokus probleminə səbəb ola bilər. Sağlam və balanslı qidalanmalı, fiziki idmanı gündəlik həyat tərzinizə çevirməlisiniz. Bu halda özünüzü daha yaxşı hiss edəcək və iş yerində daha məhsuldar olacaqsınız. İdmanla məşğul olmasanız, qeyri-sağlam qidalansanız (fast-food, hazır qəlyanaltıların qəbulu) fokus problemindən əziyyət çəkməkdə davam edəcəksiniz.
Yuxarıda sadaladıqlarımız da daxil olmaqla, xaotik iş mühiti də problemi yaradan başlıca faktorlardan biri hesab edilir. Fərz edin ki, bir tapşırığa fokus olmağınız lazımdır, amma elə bu andaca əməkdaşlardan biri yaxınlaşır və sual verir, nəticədə işə yetəri qədər diqqət ayıra bilmirsiniz. Ancaq bir həll yolu var ki, iş mühitini daha sistemli etmək lazımdır.
Yuxarıdakı faktorların heç biri diqqət əskikliyinə səbəb olmursa, ola bilsin ki, ADHD (ing.) başqa adla diqqət pozğunluğu xəstəliyiniz olsun. Araşdırmalara görə, uşaqların 5-10%-də bu xəstəlik müşahidə edilir. Hazırda 4% yetkin şəxslər bu xəstəlikdən əziyyət çəkirlər. Yetkin şəxslərin 20%-dən azında bu xəstəlik diaqnoz edilib və onlara müalicə göstərilib. Əgər xroniki şəkildə prosesləri təşkil etməkdə, fokus olmaqla çətinlik çəkirsinizsə, həkiminiz ilə məsləhətləşməkdə fayda var. Yuxarıdakılar problemdirsə, şanslısınız, çünki hər birinin bir həll vardır.

Comments
Post a Comment