Skip to main content

Rəqəmsal iqtisadiyyat adiyə çevrilir: Sadə dillə izahı

Rəqəmsal iqtisadiyyat bir çox ölkələrin diqqətindədir və bu termin ətrafında bir sıra ssenarilər vardır. Bəziləri xəbərdarlıq edirlər ki, texnoloji tərrəqqi bir çox insanların iş yerlərini itirməsi deməkdir, skeptik insanlar isə bu fikirdədirlər ki, insan əməyini əvəzləyən tapılmayacaq və sonuncu fikirdə olanlar isə onu tətbiqinin tərəfdarlarıdırlar. Bütün bu müzakirələri bir kənara qoyub, əslində onun mahiyyətcə nə olduğunu və ənənəvi iqtisadiyyatdan nə ilə fərqləndiyini analiz etməyimiz lazımdır. Daha bir sual budur ki, nə üçün biz rəqəmsal iqtisadiyyatın tətbiqinin qayğısına qalmalıyıq?

1990-cı illərdə dünya üzərində internetin tərəqqisi ilə, rəqəmsal iqtisadiyyata transformasiya fikri də yarandı. Bu gün isə insanlar Artırılmış Reallıqdan (Aİ), əşyaların internetindən, blokçeyn, robotik və elektrik mühərrikli avtomobillərin istifadəsindən danışırlar. Rəqəmsal iqtisadiyyat təkcə media və telekom, e-kommersiya, rəqəmsal bankinq və digər yeni rəqəmsal sektorlarda deyil, ənənəvi sahələrdə, məsələn, bir çox ölkələrin kənd təsərrüfatında məhsulların yetişdirilməsi prosesində də istifadə edilir. 

Bu termin gün keçdikcə adi bir ifadəyə çevrilir, ancaq bunun Azərbaycan kimi ölkələrdə necə tətbiq edildiyi və insanların bundan necə fayda əldə edəcəyi də diqqətlə araşdırılmalıdır deyə düşünürük. Məsələn, kənd təsərrüfatında bu texnologiyanın tətbiqindən danışa bilərik. Cənubi Afrika kimi ölkələrdə insanlar mobil tətbiqlərdən istifadə edərək il ərzində havanın vəziyyəti ilə bağlı aydın bir fikrə sahib olurlar. Nəticədə il üçün əkin-biçin işlərini ona görə planlaşdırırlar. Bu hələ adi bir nümunədir. Daha bir mürəkkəb nümunə isə çiyələk sahəsinin yığılmasında yeni, müasir texnoloji avadanlıqların tətbiq edilməsi olub. İşçi qüvvəsi 70-80 nəfərdən 0-a endirilib və məhsula heç bir ziyan dəymədən tədarükçülərə təhvil verilir. (Nümunə üçün BBC Reel kanalına baxın-red.) Bu rəqəmsal iqtisadiyyatın kənd təsərrüfatında tətbiq edildiyi ən mükəmməl nümunə hesab edilə bilər.  

Rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqi budur ki, birinci sahibkarlara öz bizneslərini müasir tələblərə cavab verməklə daha fərqli və effektik şəkildə icra etmə fürsəti verir. Bu, həmçinin yeni imkanları da özü ilə gətirir. Gəlin qəbul edək ki, heç bir komanda üzvü real vaxt rejimində tıxacları izləmə kimi imkanlara sahib deyil, amma tıxac izləmə naviqasiyaları bu işin öhdəsindən çox uğurla gəlir. Və onlar smarfonun tətbiqindən bir kilik qədər uzaqdadırlar. Şirkətlər, həmçinin məhsul və xidmətlərini daha əvvəl satmadığı potensial müştərilərinə sata bilərlər. Amazon, Uber and Airbnb kimi şirkətlər rəqəmsal keçidin uğruna inanan və onu iş proseslərində icra edən şirkətlərin arasındadırlar.  

Yerli mütəxəssislər də əmindirlər ki, rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi daha şəffaf statik məlumatlara giriş imkanı deməkdir. Gəlin qəbul edək ki, ölkə rəhbərliyindən tutmuş, ekspertlərə qədər hər kəs əmindirlər ki, ölkənin statik məlumatları heç də şəffaf deyildir. Məhz rəqəmsal tranformasiyanın işi də bunu daha çevik, dinamik nə nəhayət şəffaf hala gətirməkdir. Şəfaf statik məlumatlar isə şirkətlər üçün ona görə lazımdır ki, onlar bu məlumatlardan istifadə edərək yeni məhsul yarada və hədəf kütləni asanlıqla müəyyən edə bilərlər.

Rəqəmsal iqtisadiyyat hər yerdədir, bizə qalan isə sadəcə onun təbiətini başa düşmək və uğurlu şəkildə şirkət, fərd, cəmiyyət üzərində tətbiqini həyata keçirməkdir. Rəqəmsal iqtisadiyyat bizimlədir.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...