Cek
Lendonun qısa bir hekayəsi var. Bu hekayə “Həyat eşqi” adlanır. Həmin hekayədə
qəhrəman çıxılmaz vəziyyətdədir, ölüm onu hər an haqlaya bilər. Qarşısına xəstə,
qana susamış canavar çıxır. Düşünür və deyir: Ölə bilərsən, amma bu ölüm daha şərəfli
olmalıdır (xəstə canavarın əlində ölüm istisna olmalıdır).
İndi
vəziyyət o yerə çatıb ki, bizlər doğmalarımızın başına hər an nəsə gələcək deyə
qorxuruq. Məsələn bu gün gördüyün biri
haqqında sabah eşidə bilərsən ki, həmin insan həyatda yoxdur. Təəssüf
hissi ilə ölüm səbəbini soruşarsan. Ölüm halında belə gülməli vəziyyət
yaranacaq. Avtomobil qəzasında ölüb, intihar edib, xərçəng idi, filan küçənin
tinində öldürdülər, əsgərlikdə vurulan atəşdən dünyasını dəyişdi,dənizdə
boğuldu və s . Düşünürsən, nə qədər bəsit
və adi ölümlərdir. Əvvəllər insanlardan
soruşurdular ki, hansı ölüm hallarından qorxursan? Onların cavabları isə ən gözlənilməz ölüm halları idi. İndi səbəblər
də bəsitləşib.
P.S
Odur ki, itirmək qorxusu daha çoxdur.
Comments
Post a Comment