Skip to main content

Bir güllə ilə ölən ümid


-Bizim evimiz ,toyuq-cücəmiz ,dovşanlarımız olacaq ,Corc elə deyil?Bir az onlardan danış ,Corc
-Bax ,Lenni bizim o çayın kənarında evimiz olacaq.
Əsər boyu bu iki nəfərin dialoqunun şahidi olursan.Söhbətin məğzi isə eynidir.Gələcək üçün ümid etmək.Pisdən söhbət gedə bilməz,yaxşılıq üzərində qurulan xoş xəyallar.
Əsəri oxumağa başlayanda Lenni obrazını beynimdə canlandırıb "İnsan nə qədər axmaq olar düşünürdüm".Lenninin müstəqil qərar verdiyi situasiya yoxdur,qərarsızdır,Xarakteri ilə güclü görünüşü arasında təzad var.Süjet boyu onu çox danışan görmürük.Danışsada oxucu artıq bilir ki o növbəti dəfə nə deyəcək.Bəs onda yazıçı nə üçün əsas süjet xəttini bu obraz üzərində qurub?Çünki o səfeh,dinməz,harda peyda olacağını bilməyən ümiddir.Amma bu ümid işiğı o qədər zəifdir ki,arxadan gələn dost zərbəsi ilə məhv olmağa hazırdır.
Belə ümid kimə gərəkdir?
Əslində bütün ümidsizliyə qarşı Con Steynbekin yaratdığı obrazdır.Lenni mənə "İdiyotu","Don Kixotu" ,saf düşüncəli "Sanço"nu,"Kefli İsgəndəri","Bazarov"u,"Cənab Harri"ni xatırladırdı.Bütün bu obrazları birləşdirən gülünc obyekt olmaqla yanaşı ,əsərin əsas ideyasını özlərində birləşdirmələri idi. Məntiqli bir cümləsi belə əsərdə keçmir,amma  oxucu kimi Onu adlarını sadaladığım qəhrəmanlarla bir sırada  görürəm.Yazıçı sanki demək istəyir baxın görün axmaq insan ancaq bu qədər ümid edə,hər şeyin yaxşı olacağına özünü və hamını inandıra bilər.
Lenni Güclüdür,Nə OLSUN ki,onu cənginə alan əsarətdən qurtulmaq üçün cesaretsizdir.Bəzən də ümidsiz.Elə buna görədir ki O deyir:"Corc mənə bizim gələcək evimizdən danış,Corc"
Corc Lenniyə verdiyi sözə əməl edəcək deyə düşündüm ,amma Corcun atdığı atəş ,Lenninin ölümü ,Ümidsizliyin qələbəsi,Ümidin isə məğlubiyyəti idi.

Comments