Skip to main content

Zibillik üçün olan informasiyalar


Əgər bir zamanlar insanlar informasiya almağın aclığını çəkirdilərsə ,bu günlərdə  isə onlar lazımsız məlumatlarla beyinlərini doldurmaq istəmirlər.Yəni onlar o qədər boldur ki,seçim şəxsin özünə buraxılır.Küçədə getdiyin yerdə belə yeni hadisənin şahidi olursan   eşidirsən.
Bəzən "Məlumat Bürosu" xarakteri daşıyan internet ,TV ,qəzetlərdən  uzaq qaçmaq istəyirsən.
Həyatda yaşaya  ,baş çıxara biləcəyin qədər  bilməlisən.Bütün bunlardan qaçmaq isə yuxarıda nümunə göstərdiyim filmin epizodunu xatırladır.Ata xaricdə təhsil almış ,hələ də oxumaq sevdasında oğluna -Yaşaya biləcəyin qədər bil deyirdi.
Umumən çox bilmək ziyandır.Ziyan olan əlbəttə təhsil deyil.Özünü yeni lazımsız informasiyanı bilməyə məcbur etməkdir.Məsələn hansısa fikri kimsə nə vaxtsa deyib,kimsə nə vaxtsa şedevr  musiqi bəstələyib.Beləliklə onların kopyasını oxumaq ,dinləmək lazımsız məlumat kimidir.Misalçün bəzən sual verirlər -Bizimkilərdən kimləri oxumusan ? Mütailə etdiklərimin adlarını çəkirəm.Onların əsasında məndə həmin dövrü nümayiş etdirən bütöv mənzərə yaranır.Mənzərə nədən ibarət olur?Çoxusunda sovet ədəbiyyatına xas olan ortaq nöqtələr tapıram.Deeməli onun ikinci kopyasıni oxumağa özümü məcbur edə bilmərəm.Yenədə məsələn bu gün Motsart musiqisinə qulaq verəndə fikirləşdim ki,Sonra nə yaradıblarsa hamı ondan nəsə götürüb ,nəsə kopyalayıb.Beləliklə ikinci alternativlər zibil üçündür.
Bu yazını da oxumağa kimsə məcbur deyil...!,çünki kimsə yenədə bu fikirləri nə vaxtsa deyib.Bu və ya digər şəkildə .

Comments