1923-cü il sentyabrında M.Ə.Rəsulzadə İstanbulda
mühacirət mətbuatının əsasını qoyur.Jurnal isə "Yeni Qafqasiya"
adlanır.Onun Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan Qolubkaya ünvanladığı
məktubda mühacirət mətbuatı problemlərinə toxunur və yazırdı: "Siz
haqlısınız ,pul azdır,amma çox lazımdır.Pulları havaya sovurmaq lazım
deyil.Gördüyünüz kimi ,biz onları havaya sovurmuruq".(Az.mətbuat tarixi
antologiyası-mühacirət dövrü,3-cü cild,səh 132).
Özü İstanbulda ,ürəyi
isə Vətəndə olan Rəsulzadə Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsi üçün "Yeni Qafqasiya" jurnalında çağırış
xarakterli məqalələr yerləşdirirdi. O,Polşa rəsmiləri ilə olan məxfi
yazışmalarının birində məsələ ilə əlaqəli yazırdı."Tərəfimdən həyata
keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə baxmayaraq ,mən artıq nəinki
"Yeni Qafqaz" jurnalında bir sıra çağırışlar yerləşdirmişəm, hətta
işin müdafiəsi üçün məqalələr də yazmışam.(Az.Mətbuat tarixi
antologiyası,mühacirət dövrü,3-cü cild ,səh136)
Bütün bunlara
bolşeviklər əlbəttə sakit reaksiya vermədilər ."Yeni Qafqasiya" nın müvəqqəti
bağlanmasına nail oldular.Lakin Rəsulzadənin Polşa rəsmilərinə göndərdiyi başqa
bir məktubunda məlum olur ki, o heç də məyus olmur.Yenə yazırdı : "Biz
inanırıq ki,çox tez bir zamanda "Yeni Kavkazia" nın çapı bərpa
olunacaq ,kommunistlərin gələcək proseslərinə aid xüsusi kitabça buraxmağı nəzərdə
tuturuq.(Az.mətbuat tarixi antologiyası,mühacirət dövrü ,3-cü cild ,səh136).
Rəsulzadə dəqiq tarix
yazırdı,təhrif olunmuş tarix yox.1927-ci il o yazır: "Hakimiyyətin
istilaçı siyasəti nəticəsində ən aktiv silahdaşlarımız həbs olunmuşdur.Həbs
olunanlardan beşi güllələnmişdir.Onların arasında Müsavat Partiyasının görkəmli
nümayəndəsi Dadaş Həsənzadə də olmuşdur. "Yeni Qafqaz" jurnalının
növbəti nömrəsində sürgün olunmuş və
güllələnmiş silahdaşlarımızın şəkilləri də çıxmışdır".(Az.mətbuat tarixi
antologiyası ,3-cü cild ,səh138).
Belə bir sual ortaya
çıxa bilər? Nə üçün Rəsulzadə Türkiyəli diplomatlarla deyildə ,polyaklarla məxfi
yazışmalar aparır ,eyni zamanda onu dəstəkləyirdilər.Məlumdur ki ,1937-ci ildə
SSRİ dövlətinin təzyiqi ilə siyasi mövqeli azərbaycanlılar Türkiyəni tərk etmək
məcburiyyətində qaldılar.Polşaya ,Almaniyaya sığınmalı oldular.Polyak diplomat
Marşal Pilsudski yaxşı bilirdi ki,bolşevizm Avropaya yayılsa təhlükə yarada bilər.Elə buna görə də
19-cu əsrdə yaranan dostluq əlaqələri 20-ci əsrdə də davam etdi.Polyaklar
mühacirləri dəstəkləməyə başladılar.Onların ölkələrində azad və sərbəst şəkildə
mübarizə aparmalarına əngəl törətmədilər.
Rəsulzadə isə Azərbaycan
-Polşa əlaqələrinin üç başlıca səbəbini göstərirdi :
1-Azərbaycanın
Qafqaz xalqları ailəsinə mənsubluğu
2-Ölkədə yerli türk əhalisinin
çoxluğu
3-Nəhayət bu xalqın
rus imperializmi tərəfdən əzilməsi.(Az-Polşa əlaqələrində Rəsulzadənin rolu,Nəsiman
Yaqublu,Bakı 2007,səh 32).
Bolşeviklərin siyasəti
fərdlərin həyatı üçün də təhlükə yaradır .Bakı istila olunmamışdan əvvəl onlar
söz vermişdilər ki,Müsavat Partiyasının heç bir üzvi həyatı üçün təhlükə
yaşamayacaq .O,1938-ci il "Prometey" təşkilatının keçirdiyi tədbirdə
çıxış edərək deyirdi :"Bakı qəzetlərində müxbirlik edən millətçi tatar
jurnalisti olan,sonradan bolşevik istilası dövründə "müsavatçı" adı
ilə ittiham edilən mərhum Zərif Əfəndininxatirəsi bizə əzizdir və onun adı Azərbaycanın
istiqlalı uğrunda şəhid gedənlərin arasındadır.(Nəsiman Yaqublu.Az-Polşa əlaqələrində
M.Ə.Rəsulzadənin rolu ,Bakı 2007 ,səh 181)
Comments
Post a Comment