Yarı uçuq vəziyyətdə, divarları toz basmış hamamda
çimərkən gözü ağcaqanad ilə hörümçəyə sataşdı. Yayın bu eybəcər istiliyi özü ilə
insanlara faydasız olan həşərat tiplərinin də canlanmasına səbəb olmuşdu.
Öz-özünə düşündü "İnsan ilə bu məxluqlar daim harmoniya şəraitində
yaşayırlar. Şikayət də edə bilmirlər, çünki bunun üçün insan xilqəti kimi nə
ağızları, nə də sözləri var”.
O başa düşmürdü ki, bu iki fərqli həşəratı
bir-birinə nə bağlaya bilər.Bəlkə ətrafdakı digər ağcaqanad sürüsünün ona
laqeydliyimi, yoxsa hörümçəyin ona olan vəhşi instinktimi onları
yaxınlaşdırırdı. İsti suyun altında bu iki eybəcər məxluqu düşünmək ürəyini
sıxırdı, amma sonunu gözləyirdi, hətta işini yekunlaşdırmışdı, amma ləng hərəkət
edərək işin sonunu gözləyirdi. Amma təəssüf ki, heç bir şey onun istədiyi kimi
olmamışdı.
Hörümçək vəhşi aclıq
ehtirasını boğmuş, ağcaqanada azadlıq vermişdi
Comments
Post a Comment