Skip to main content

07:11, 15:08

Səhər saat 07:11.
Bu səhər heç də yaxşı olmayacaq kimi görünür.Dişim ,boğazım kompleks şəkildə ağrayır.Dünən gecədən qalmada baş ağrım var.Nəsə sizlərdən uzaq
Heç bilmirəm niyə 7 il bundan qabaq ki hadisəni xatırlayıram.14 yaşım var idi.Sinifimizə isə rayondan qız gəlmişdi.Nəsə hoş-beş onunla yaxınlaşmışdıq.Mən və iki rəfiqəm.
Yadımdadır hər dəfə riyaziyyat dərsində müəllim deyirdi ki"Gülzadə keç otur",çünki yazı taxtasında çoxlu səhvlər edirdi.Üstündən bir müddət keçəndən sonra həmin mövzunu elə yaxşı dərk eləmişdi ki,müəllim ona "Əla" qiyməti yazmışdı,çünki bu dəfə mənasız səhvlər etmirdi.Hərarətimi yoxlayıram deyəsən heç yaxşı deyiləm.
Bir gün əlimizdə top əylənməyə çalışırdıq.İdman dərsi idi(Bu dərslər həmişə mənasız keçdiyindən əylənmək üçün alternativ vasitələr axtarmışıq.)
Gülzadə birdən birə çox pis olduğunu hərəkət edə bilmədiyini dedi.Rəfiqəm onu evinə apardı.Səhərisi gün öyrəndik ki ,Böyrəyinin biri yox imiş .O da heç pəhriz saxlamırmış.Buna görə də dünyasını dəyişib.Bütün sinif məyus olmuşduq.O qız hansısa səmiyyəti ilə qısa vaxt içərisində belə uşaqlarımıza qaynayıb-qarışa bilmişdi.
Aprelin 3 də uşaqlarımız onun oturduğu son partaya qərənfillər düzərdi.Bu daha ənənəyə çevrilmişdi.
11 -ci sinfi qurtarırdıq .Xəstə görkəmli,məyus üzlü anasını xatırlayıram.Həmin qadını görəndə düşünürdüm.Gülzadə sağ olsaydı o da 11-i qurtarardı.Qapının arasından bütün sinfi izləmək ,qızını parta arxasında tapa bilməyib kədərlə çıxıb getmək ana üçün çox ağır olmalıdır.
Saat 15:08 .Təcili sağalmalıyam.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...