Çox sıxılanda insanları müşahidə etməyə başlayıram.Metroda,avtobusda ,küçədə.Bizim cəmiyyətdə də bir nöqtəyə çox ilişib qalanda səhv başa düşürlər.Bəzən müşahidə etdiyim insanlarda nəyisə bəyənməmiş,filan cür olsaydı daha yaxşı olardı dediyim də olmuşdu.Təəssüf edirəm ki ,çəkmək qabiliyyətim olmadığından sadəcə düşündüklərim xəyal olaraq qalmışdı.Axı çəkmək üçün istedadın olmalıdır.Nəysə.
Bu gün səhər isə uşaqlar üçün nəzərdə tutulmuş rəngbərəng ONLİNE JURNAL ilə tanış oldum.Karikaturaların bolluğu ,yazıların əyləncəli xarakteri ilə əminəm uşaqların xoşuna gələn nəsə olmalı idi.
Karikatura barədə sadəcə məqalədən oxumuşdum .Onu bilirdim ki İkinci Dünya Müharibəsi dövründə Sovetlər qarşı cəbhənin çox əcaib rəsimlərini çəkirdilər.Məsələn Hitleri qrafikanın gücü ilə alçaldır ,elə imic formalaşdırmaq istəyirdilər ki ,o qəddar,zülümkar biridir.Yəni bu karikaturanın təbliğat xarakteri daşıyan forması idi.
Bizim ölkədə isə Karikatura sənəti elədə inkişaf etmədiyini düşünürəm,ya da mən bilmirəm.Bilmədiyim nəsə mövcüd olmadığı anlamına gəlmir təbii.Gölge dergisin Tesisçisi ile FB da yazmış kaş bizim ölkede de bu sahe daha yaxşı inkişaf eder demişdim.O isə hörmətlə Gölge jurnalı hamımızındır dedi.
İnternetden araşdırdım bir az .İzlədiyim videoların birinde karikaturist insanın şəkli əsasında onu deformasiya edirdi.Görmək istədiyi şəklə salırdı.Hər halda bir az da gülməli.Bu linkə click edərək məşhur simaların karikaturalarını görmək olar.Hətta rəngsiz karikaturalarda var ki ,onu bəzəmək istifadəçinin özünə həvalə olunur. Online kurslar var ki ,karikatura çəkməyə necə başlamaq olar,necə davam etmək olar,necə bitirmək olar öyrədilir.Kitabın müəllifi qeyd eedir ki,karikatura çəkməyə məni oğlum ryhlandırmışdı.Məşhur futbolçuların karikaturalarını gətirmişdi.Baxdi mənə dedi sən bundan da yaxşılarını yarada bilərsən.İndi budur bir çox rəsimlər mənə məxsusdur.))Məncə göz atmağa dəyər



Comments
Post a Comment