Skip to main content

Medalyonun üstünə qar yağır


Nəsə ağlına gəldisə sinəsindəki medalyonu qırıb yerə atdı.Kənardan kimsə onu müşahidə etsə idi düşünərdi ki,"o nədənsə qurtulmaq arzusundadır.Elə bu səbəbdən medalyonu hirslə dartıb boynundan atır."
Bir neçə dəqiqə əvvəl dostları medalyonun ona yaraşdığını desələrdə.O bu tərifləri eşitməkdən də narazı idi.İnsanların diqqətinin onun boynundan asılmış əşyaya yönəlməsi onu büsbütün əsəbləşdirmişdi.Sanki dostları medalyona baxmaqla onun keçmişini məsxərəryə qoyurdular.
Cəld yerə atdığı əşyanı götürdü,cibinə saldı.Sağa-sola baxıb əmin olmaq istədi ki onu heç kim kənardan izləmir.
Çölə çıxıb qapını arxasıyca eyni qəzəblə çırpdı.Bayırda ara vermədən qar yağırdı.Ayaqqabıları ilə sanki qarı əzir ,bütün hirsini ondan çıxırdı.Dostlarının bilərəkdən və ya bilməyərəkdən etdikləri bu saymazyana davranış onu özündən çıxarmışdı.Onları bir neçə saniyə yamsıladı."Sonya bu sənə çox yaraşır." Sonra qəzəblə növbəti qar topasını yol boyu çırpdı.Bu gün çox yorulmuşdu.Oturacağa yaxınlaşdı,üstündəki qarı təmizlədi,oturdu.
Deyəsən kənardan iki təlxək ona baxıb ,həyasızca gülürdülər.Qaşqabaq töküb diqqətini qarın yağmasına yönəltdi.Səmaya başını qaldırdı ,elə bil qar dənəcikləri göydən deyildə ,yaxın məsafədən yağırdı.Göyün üzü qarın bəyazlığından ağarmışdı,İşıq saçırdı.
Cibindəki meddalyonu yenidən çıxartdı,bu dəfə açmağa qorxdu."Bu gün məhz bu gün ondan həmişəlik qurtulacam-öz -özünə deyindi."Əlindəki əşyanı oturacağın üstünə atıb ,yeyin addımlarla ordan uzaqlaşdı.
Sonralar düşünəndə fərqinə varmışdı ki həmin yer Lüksemburq parkı idi.O park ki hər şey burdaca başlamışdı.Elə burdada bitirdi. 

Comments