Skip to main content

"İnamı dilənçi kimi sədəqə istəmirlər,onu qılıncla alırlar"

Çərşənbə axşamı .Əlimdə bir həftə bundan qabaq oxuduğum sonra hansısa səbəblərdən yarımçıq qoyduğum kitab.Kitab belə adlanır -Xəzər sözlüyü.Yadımdadır hələ 40 səhifəsini oxumuşdum ,amma kitabı oxumuş insanlardan -Bu kitab nə üçün yazılıb soruşurdum?Bu əsərin yazılmasında məqsəd nədir?Və yaxud Xəzər xaqanlığı qismində bir ölkənin hansı dini qəbul etməsinin bu qədər öyrənilib,araşdırılmasının nə əhəmiyyəti var?
Səhifələri vərəqləyəndə Milorad Paviç(Əsərin müəllifi) qeyd edir di ki ,əsəri hardan oxumanızın elə də əhəmiyyəti yoxdur.istəsəz lap ortasından da başlaya bilərsiniz və yaxudda ona əlavələr edə bilərsiniz.Kitabi yekunlaşdırdım.Sonra hadisələri zəncirvari qruplaşdırmaq istədim.Nədənsə hər şey təzadlı qaldı.Müəllifində qeyd elədiyi kimi bu dəfə kiatbdakı surətləri əlaqələndirməyə çalışmaq üçün kitabın əvvəlinə,sonuna,ortasına qayıtmalı oldum.
Bir şey aydındır ki əsərdə Avram Brankoviç ,Atex ,Xəzər Xaqanının,Yusif Məsudinin adları tez-tez çəkilir.Nəzərinizə çatdırım ki əsər üç hissədən ibarətdir Qırmızı ,Yaşıl ,Sarı kitab.Hər birində isə Xəzər xaqanının hansı dini seçməsi fərqli şəkildə göstərilir.Əgər Yaşıl kitabda yəhudi dinini qəbul etməsindən söhbət açılırsa,Sarı kitabda Kirilin(Konstantin Solunski) nin diplomatik səyi nəticəsində xaqanın Xristian dinini qəbul etməsi vurğulanır.
Bir şey də dəqiqdir-Xəzər sözlüyü məsələsini araşdırmaq istəyən insanların başına şər işlər gəlir.Avram Brankoviç,Keon,Müaviyə bunların hamısını birləşdirən ortaq nöqtə qətlə yetirilmələridir.Məsələn kitabın sonunda 4 yaşlı uşağın "SİZİN YARATDIĞINIZ DEMOKRATİYADAN İYRƏNİRƏM"deyib  Müaviyəni silahla öldürməsi  kimi.
Əsərdə üç dinin ruhunu hiss edirsən müsəlman,yəhudi,xristianlıq .Belədə əsərin dinlə nəsə əlaqədə yazıla bilər .Ona görə məsələləri tutuzdura bilmədim.
Bütövlükdə isə oxuduğum kitablar arasında ikinci kitabdır ki-Məni həyəcanlandırmağa nail olub. 

Comments