Skip to main content

Posts

Bizim cəmiyyətdə niyə ağbirçək, ağsaqqallar yox çıxır?

“Onlardan bəziləri özlərini 1 yaşlı uşaq kimi aparanda təəssüflənirəm”.  Mirzə İbrahimovun eyniadlı əsəri əsasında çəkilmiş “Böyük Dayaq” filmində Rüstəm kişini, İsmayıl Şıxlının yenə eyni adlı “Dəli Kür” romanını və onun əsasında çəkilən filmdə Cahandar Ağanı, “Əhməd Haradadır” filmində Əhməd üçün narahat olan valideynləri uşaqlığımızdan bu yana bizim üçün səhvləri, düzləri ilə də olsa gözlərimizdə yenə də ağsaqqal, ağbirçək obrazını yaratmışdılar. Belə qəhrəmanların bir baxışı kifayət idi ki, hamı yerini bilsin. Və onlar harda hansı sözü deməyin qaydasını da çox yaxşı bilirdilər. Bu gün isə ictimai yerlərdə bir çox yaşlı insanlar özlərini 1 yaşlı uşaq kimi aparanda, gənclərdən əlindəkini qoy qırağa gəl davaya çıxaq davranışını nümayiş etdirəndə təəssüflənirəm. Axı bizim yuxarıda sadaladığımız kimi qəhrəman obrazlarımız olub. Əminəm ki, 20-30 il bundan öncə də tək qəhrəmanlar arasında yox, elə sadə vətəndaşlar arasında da daima tək öz övladlarına deyil, başqalarını...

Pəhriz zamanı edilən ən böyük – SƏHV

Üzü yay gedirik, təbii ki, bizim istəklərimizdən biri də arıqlamaq, gözəl görünüşə sahib olmaqdır. Bəs bunun üçün biz nə edirik? Sizə ötən pəhrizim haqqında danışmaq istəyirəm, bəlkə kiməsə istiqamət ola bilər.   Söz-sözü çəkər deyiblər, ötən ilin bu vaxtları idi, Forumların birində kollektiv foto çəkdirmişdik. O qədər, özümü bəyənməmişdim ki.... Amma yenə də arıqlamaq haqqında düşünmürdüm. Bir dəfə yol üstü çəkimi yoxlatdım, buna qədər yenə də özümü ideal çəkidə olduğuma inandırmışdım. Amma tərəzidəki rəqəmlər iri-iri 74 kilonu göstərəndə çox pis olmuşdum. Yay bitmişdi, oktyabrın sonundan təxminən dekabra qədər pəhriz saxladım. Yediklərimin hamısı haqqında bir-bir yazmayacağam. Amma onu deyim ki, qida rasionumu kiçiltmişdim. Məsələn, axşam tavada qızardılmış yağlı yeməklərin yerini bu dəfə kaloriliyi yüksək pomidor supu, qaynamış qarabaşaq, düyü və s. vermişdim. Əlbəttə, süd və süddən hazırlanan bütün məhsullarından sevərək istifadə edirdim.  Pəhriz zamanı artıq a...

Qulaq pirsinqi haqqında yazı

İnsan insandan asılıdır. Və biz bir-birimizlə rəqabət şəraitində inkişaf edirik, dəyişirik.Təbii ki, bunun indi yazacağım mövzu ilə birbaşa əlaqəsi olmasa da demək istədim. Qısası, başqasına baxırsan qibtə edirsən səndə də olsun istəyirsən. Hərdən birdən-birə elə istədiklərim yaranır ki, özüm də təəccüb edirəm  😅 Məsələn, qulaq pirsinqini yeniyetmə dövründə də edə bilərdim. Çünki həmin yaş dövründə insanlar daha çılğın olur, mövcud olan bir çox nəsnəni sınaqdan keçirtmək istə yir. Məndə isə qulaq pirsinqini etmək sevdası 26 yaşımda yarandı. Bəli, deyə bilərsiniz bu ki həyat əhəmiyyətli qərar deyil niyə bu haqda bəzəyib-düzəyərək yazır. Bu haqda yazının sonunda açıqlayacağam. Qısası. Qərar verdim, gözəllik salonlarının birində, etibar etdiyim ustanın yanında bunu etdirdim. Hər nə qədər bu ağrı verəcək, qanama olacaq desəm də, usta mənə əhəmiyyət vermədi. "Narahat olma, heç nə olmayacaq deyib gülümsədi". Pirsinqi etdirdikdən sonra, sırğaları ilk həftələr taxıb çıxa...

Ağıl dişini çıxarmaq qorxuludur? – Əməliyyat

Ən yaxşı serial, musiqinin TOP beşliyi

Son 2-3 ayda baxdığım əcnəbi serial və dinlədiyim 80-90-ların hit musiqilərini bloqumda yazmaq qərarına gəldim. Aşağıda "ən yaxşı"larından hesab etdiyim serial və musiqilərin adlarını qeyd edəcəm. Sense8 House of Cards The Killing The Fall The X-Series Musiqilərdən: Europe- The Final Countdown Madonna- La Isla Bonita Modern Talking- You are my heart, you ara my soul Phil Collins- Another day in paradise Scorpions- Wind of Change

Pulumuz gedir, sağlamlığımız da

“That Sugar Film” ə baxdıqdan sonra, şəkərin insan sağlamlığındakı ziyanlı tərəflərini aydın görmək olur. Filmdən sonra, şəkər istehlakımı azaltmağı düşünürəm. Məncə, sizlərdə bu fikirləri oxuduqdan sonra, bu qənaətə gələcək və özünüzü şəkərdən uzaq durmağa məcbur edəcəksiniz. Məntiqlə düşünsək pul qazanıb, onu sağlamlığımızı itirmək üçün niyə xərcləyək ki? Sənədli filmdəki bəzi maraqlı nüansları qeyd etməyi vacib bildim.  Filmə baxmağı isə yaşından asılı olmayaraq hər kəsə tövsiyə edirəm. - Britaniyalı həkim Con Yudkinin fikirincə, hər kəs ildə 2 kq şəkər istehlak etsə, bundan məmnun olardım, amma onların 1 ildə istehlak etdikləri şəkərin miqdarı 50 kq-dır. - Əgər supermarketdən şəkərlə bağlı olan qidaları çıxartsaq, piştaxtaların 20%-i boş qalar. - “Coca Cola” şirkətinin 2008-ci ildə apardığı araşdırmaya görə, Coca Colanın satışlarında adambaşına düşən ən yüksək artım Avstraliyanın şimal torpaqları olub. - Amata, Şimali Avstraliyada yerləşən qəsəbələrdən biridir. B...

“İnsanlar sosial yardımlara möhtac qaldılar”

Corc Oruelin oxuduğum “1984”, “Heyvanıstan”ından sonra, “Boğulmamaq” üçün əsəri Birinci Dünya Müharibəsinin bitdiyi, uzun illərdən sonra isə İkinci Dünya Müharibəsinin qapıda dayandığı bir zaman kəsiyindən, müharibələrin adi insanların həyatlarına necə təsir etməsindən bəhs edir. Hadisələr Corc Boulingin gəncliyində yaşadığı İngiltərənin Binfield şəhərində cərəyan edir. Corc Oruel əsərin qəhrəmanının gəncliyini böyük ustalıqla təsvir edir. Ən maraqlı isə Corc Boulingin 20-30 ildən sonra Binfieldə qayıtdığında yaşadığı həyəcanı və keçirdiyi təəssüf hissini qeyd etməliyəm. Əsərdə müharibədən sonra kapitalizmin insanların həyatlarına necə təsir etməsindən, 1920-lərdə yeni satış strategiyalarının yaranmasından, şirkətlərin yeniliklərə hazır olmamasından dolayı rəqabət nəticəsində iflas ilə üzləşməsi də xüsusi qeyd olunub. Əsərdəki günümüz ilə səsləşən sitatları yazmaq qərarına gəldim. Buyurun oxuyun: İnşaat şirkətləri müasir dövrün ən böyük fırıqdaqçılığını edir. Sığorta sektoru da...

Biz “qarğışı” sevirik

“Allah onun bəlasını versin”, “Allaha tapşırmışam onu” bu sözləri hamımız tez-tez eşidirik. Həmişə başa düşməmişəm ki, insanlar bir-birilərinə niyə və necə qarğış edə bilirlər. Özü də lap ürəkdən. Axşam saat 02:00. Yata bilməyib, pəncərədən baxırdım. Qadın çox ürəkdən kiməsə qarğış edirdi. Düzdü ola bilər ki, kimsə sizə badalaq gələ bilər, yaxud, müxtəlif çirkinlik və eybəcərlik, haqsızlıqla üzləşə bilərsiniz. Amma bu ürəkdən qarğış etməyə də əsas vermir. Bəlkədə biz də nə vaxtsa bu sözləri istifadə etmişik, amma məsumca. Dildə  “Allah bəlasını versin deyib” , sonra tez dediklərimizə görə, utanmışıqda. Ona görə, əbəs demirlər ki, bizim bütün istəklər qəbul olunsaydı, hər şey çox pis ola bilərdi. Utanmaq demişkən biz “Allahı” yalnız bir məqamda yada salırıq: “Ətrafımızda insanları artıq ölmüş hiss etdikdə”. Qarğış etməyin, acıq verməyin, yoxsa bu hisslər bizi daha tez qocaldacaq.