“Allah onun bəlasını versin”, “Allaha
tapşırmışam onu” bu sözləri hamımız tez-tez eşidirik. Həmişə başa düşməmişəm
ki, insanlar bir-birilərinə niyə və necə qarğış edə bilirlər. Özü də lap ürəkdən.
Axşam saat 02:00. Yata bilməyib, pəncərədən
baxırdım. Qadın çox ürəkdən kiməsə qarğış edirdi.
Düzdü ola bilər ki, kimsə sizə badalaq gələ
bilər, yaxud, müxtəlif çirkinlik və eybəcərlik, haqsızlıqla üzləşə bilərsiniz.
Amma bu ürəkdən qarğış etməyə də əsas vermir.
Bəlkədə biz də nə vaxtsa bu sözləri istifadə
etmişik, amma məsumca. Dildə “Allah bəlasını
versin deyib” , sonra tez dediklərimizə görə, utanmışıqda. Ona görə, əbəs
demirlər ki, bizim bütün istəklər qəbul olunsaydı, hər şey çox pis ola bilərdi.
Utanmaq demişkən biz “Allahı” yalnız bir məqamda
yada salırıq:
“Ətrafımızda insanları artıq ölmüş hiss
etdikdə”.
Qarğış etməyin, acıq verməyin, yoxsa bu
hisslər bizi daha tez qocaldacaq.
Comments
Post a Comment