Skip to main content

Ağıl dişini çıxarmaq qorxuludur? – Əməliyyat

Bir neçə gündür telefonun qeyd yerində yazdığım başlıqlar üzərindən bloq yazısı yazmaq haqqında düşünürdüm. Bu gün onlardan birini yazmaq üçün klaviaturanın tuşlarına basıram. Bəlkə kiməsə kömək ola bildi. 

Onu deyim ki, neçə vaxtdır ki, ağıl dişimin yavaş-yavaş sıradan çıxdığını hiss edirdim. Düşünürdüm ki, onu dərhal çıxarıb qurtulmaq lazımdır. Daim getdiyim stomatoloqa müraciət etdim, o isə bunun üçün tələsiriksə çənə cərrahına müraciət etməli olduğumuzu dedi. Amma başqa bir təklifi isə o idi ki, dişin böyüməsini gözləmək. Sonuncu dəfə onun yanına gedəndə, artıq sağlam ağıl dişim, mənə narahatlıq verirdi, çürüməyə doğru gedirdi.  

Çarə nə ki gözləyək, əməliyyat nədir deyib, üstündən keçdim. Daha sonra iş yoldaşlarım həkimlərdən birini tövsiyə etdilər, amma yenə də işini bilmədiyim bir həkimə problemli dişimin çıxarılmasını həvalə etmək niyyətim yox idi. Daha sonra, ani qərarla iş yoldaşımla birlikdə sadəcə ilkin baxış üçün yanına getdik. Həkimin qəbuluna düşə bilməmişdik, amma ayaqüstə baxışı zamanı dedi ki, bu dişi çıxarmalıyıq, özü də təcili. Üstəgəl həkimin qeyri-adi reaksiyaları mənə “The Mentalist” filmindəki Patrik Ceyni xatırladırdı.  

Səhəri gün isə, artıq çarə yoxdur, bu dişdən, ya indi xilas olmalıyam, ya sonra deyib, klinikaya yollandım. Əməliyyatın özü yox, amma həkimin qəbuluna düşməyi gözləmək adamı tamamilə qorxuya salır, həm də həyəcanlandırır. Yəni, əməliyyat yox, gözləmək artıq məndə qorxu yaradırdı. Sağ olsun, stomatoloq danışa-danışa keyidiciləri mənə vurdu. Daha sonra tibb bacısının “Həkim, xəstənin ağıl dişini çıxarırır” deməsinə qarşılıq stomatoloq dedi ki, “Biz posientin yanında belə sözlər deyib, onları qorxutmamalıyıq”. Daha sonra qorxmayım deyə, bax bu sapları bir-birinə bərkidirəm, daha sonra dişini onunla dartıb çıxaracağıq dedi. Əslində isə həkim dişin çıxarıldığı yerə tikiş atırdı. Bunu başa düşmək üçün güclü tibbi təhsilinin olmasına ehtiyac yox idi. Amma bunu deməsi belə insanı rahatladırdı. Bir də işində cəld olması, məni yormurdu. Heç bir ağrı hiss etmədən artıq dişim həkimin əlində idi. “Bax bu dişi hər kəs çıxara bilməzdi”, həkim sözlərinə əlavə etdi.  Amma həkim üzümün kvadrat formasında şişəcəyi ilə bağlı heç bir şey deməmişdi. Yəqin qorxutmaq istəməmişdi, Amma diş çıxarılandan sonra Elmlərdən evə necə getdiyim ilə bağlı heç bir fikrim yoxdu. Tamamilə sanki havada idim. Birinci gün üzüm şişdi, ikinci gün üzüm göyərdi, amma şiş bir qədər azalmışdı, üçüncü gün isə artıq bir az şiş qalmışdı. Həmçinin ilk bir həftə ərzində yediklərinizə də fikir verməlisiniz, çox sərt, isti, soyuq məhsullardan qaçmaq lazımdır. Artıq sabah bir həftə olacaq, amma üzümdə heç bir şiş yoxdu və sabah tikişin açılması ilə ağıl dişi ilə bağlı başıma gələnlər sona çatacaq.  Əməliyyatdan sonra bu haqda internet üzərində araşdırma elədim. Türk həkim bloggerlər, yaxud adi istifadəçilər bu haqda daha çox danışıblar. Onlardan biri deyirdi ki, bu əməliyyat 1000 lirə, olsa belə bu pulu verməlisiniz. Çünki belə bir diş ilə oynamaq olmaz, həmçinin söhbət sizin sağlamlığınızdan gedir. Həmin videonu sizə təqdim edirəm. Üstəgəl, iş yoldaşlarıma təşəkkür edirəm ki, belə bir stomatoloqu məsləhət gördülər. Sağ olsunlar.  :) 




Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...