Skip to main content

Qulaq pirsinqi haqqında yazı

İnsan insandan asılıdır. Və biz bir-birimizlə rəqabət şəraitində inkişaf edirik, dəyişirik.Təbii ki, bunun indi yazacağım mövzu ilə birbaşa əlaqəsi olmasa da demək istədim. Qısası, başqasına baxırsan qibtə edirsən səndə də olsun istəyirsən.
Hərdən birdən-birə elə istədiklərim yaranır ki, özüm də təəccüb edirəm 😅Məsələn, qulaq pirsinqini yeniyetmə dövründə də edə bilərdim. Çünki həmin yaş dövründə insanlar daha çılğın olur, mövcud olan bir çox nəsnəni sınaqdan keçirtmək istəyir.
Məndə isə qulaq pirsinqini etmək sevdası 26 yaşımda yarandı. Bəli, deyə bilərsiniz bu ki həyat əhəmiyyətli qərar deyil niyə bu haqda bəzəyib-düzəyərək yazır. Bu haqda yazının sonunda açıqlayacağam.
Qısası. Qərar verdim, gözəllik salonlarının birində, etibar etdiyim ustanın yanında bunu etdirdim.
Hər nə qədər bu ağrı verəcək, qanama olacaq desəm də, usta mənə əhəmiyyət vermədi. "Narahat olma, heç nə olmayacaq deyib gülümsədi".
Pirsinqi etdirdikdən sonra, sırğaları ilk həftələr taxıb çıxartmaqda çətinlik çəkirdim. Üstəgəl qulaqlarımdan elə bil daş asılmış hiss edirdim. Bunu bacım mənim yerimə edirdi.
İkinci həftədə birinci həftədəkindən heç də geri qalmadı. 3-cü həftə keçib. Artıq, qulağımı kremlədikdən sonra sırğaları çox rahat taxıb çıxarıram. Amma yenə də ehtiyatsızlıq edəndə deşik açılan yerdə qanama olur. Ehtiyatlı olmaq lazımdır.

Ən əsası əlavə edim ki, mütləq yara üçün tetraskilin mazını (göz üçün olanı yox) qulağı deşdirdikdən, yara sağalana qədər vurmaq lazımdır. Və də nəmləndirici kremlər.
Yəni, deyəcəyim odur ki, bəzən adi görünən nəsələr əslində qısamüddətli dövr üçün də olsa qayğı tələb edir.

Yara üçün olan maz
P.S. Anamdan isə bəs mənim qulağımdakı birinci deşik yerini kim və necə açıb soruşdum. Anam: "Qızım onu rayonda sən balaca olanda qonşunun qızı etmişdi. Səni çağırdı yanına və tərpənməyəsən deyə qollarının arasına aldı və əlindəki iynəyi qulağını masaj edəndən sonra saldı".
Qulaq pirsinqini edən alət

Yazını yazmaqda məqsədim odur ki, pirsinq eləmək istəyən biri bunun ağrısız olduğunu düşünməməlidir. (Alətlə bu rahat olur, amma sonra qayğı hissəsi çətindir) Ağrının olacağını nəzərə almalı və ona uyğun da hərəkət etməlidir. İkinci məqsədim isə bu tip nələrisə etmək istəyəndə ən azı internetdə araşdırmaq üçün kontent tapa bilmirsən. Məsələn keçən dəfə kartofun neçə dəqiqə qızardılmasını internetdən axtardım. Demək olar ki, kartof qızartmasının hər şeyindən yazmışdılar. Amma neçə dəqiqəyə bişməsi haqqında məlumat yox idi. Bilirəm indi gülürsünüz. Amma yemək bişirməyi də yeni öyrənməyə başlayıram 😅
Bax, bəzən belə qərarlarım olur. 
Salamat qalın 😊

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...