Skip to main content

“İnsanlar sosial yardımlara möhtac qaldılar”

Corc Oruelin oxuduğum “1984”, “Heyvanıstan”ından sonra, “Boğulmamaq” üçün əsəri Birinci Dünya Müharibəsinin bitdiyi, uzun illərdən sonra isə İkinci Dünya Müharibəsinin qapıda dayandığı bir zaman kəsiyindən, müharibələrin adi insanların həyatlarına necə təsir etməsindən bəhs edir.

Hadisələr Corc Boulingin gəncliyində yaşadığı İngiltərənin Binfield şəhərində cərəyan edir. Corc Oruel əsərin qəhrəmanının gəncliyini böyük ustalıqla təsvir edir. Ən maraqlı isə Corc Boulingin 20-30 ildən sonra Binfieldə qayıtdığında yaşadığı həyəcanı və keçirdiyi təəssüf hissini qeyd etməliyəm.

Əsərdə müharibədən sonra kapitalizmin insanların həyatlarına necə təsir etməsindən, 1920-lərdə yeni satış strategiyalarının yaranmasından, şirkətlərin yeniliklərə hazır olmamasından dolayı rəqabət nəticəsində iflas ilə üzləşməsi də xüsusi qeyd olunub.

Əsərdəki günümüz ilə səsləşən sitatları yazmaq qərarına gəldim. Buyurun oxuyun:

İnşaat şirkətləri müasir dövrün ən böyük fırıqdaqçılığını edir. Sığorta sektoru da belədir, amma heç olmasa kartların masada olduğu açıq bir fırıldaqçılıqdı bu...

Müharibə qanlı bir qarmaqarışıqlıqdır. Əgər yenə müharibə başlayarsa uzaq dur. Bədənini niyə güllə ilə doldurasan ki.. Onu bir qıza saxla!

Əgər qarnınız tox deyilsə və isti bir eviniz yoxsa, gül toplamağa həvəsiniz olmaz!

Təki işimizi itirməyək bizim tək gələcəyimiz budur.

Watersın barmaqları dəmir çubuq kimidir. Amma kimsə gombul birinin də duyğuları ola biləcəyini düşünməz!

Bu günün cinayətləri nə qədər də ruhsuzdur. Əvvəllər insanları zəhərləyib öldürürdülər, indi onların əl ayaqlarını kəsib başqa yerlərə atmaq da nə deməkdir?!

Qadın ona sevgisinə inandırmış kişiyə heç vaxt zarafat gözü ilə baxmaz. Kişi gombul olsa da belə...

Hər yer siluet, plastik, polad, gece boyu yanan lampalar, başınızın üstündə şüşə damlar, hamısı eyni musiqini çalan radiolar, bar verməyən meyvə ağaclarının altında otlayan oyuncaq tısbağalar.

Əgər Hilda məni bir gün aldatsa buna sevinərəm, sevinərəm ona görə ki, onun içində hələ də həyəcan qalıb.

Əvvəlki zamana geri dönüb baxanda düşünürəm ki, sanki insanlar müəyyən yerlərə ilişib qalıblar.

Sənin gözün ac, mədən deyil.

Balıqlara adlar qoyan insanlar heç vaxt tüfəng səsi eşitməyib, işdən qovulmağın qorxusu ilə yaşamayıb, aspirin içməyib, kinoya getməyiblər.

Təraş olmaq, avtobus, qatar gözləmək, ədəbsiz hekayələr danışmaq, dayanacaqda gözləmək, qəzet oxumaq nə qədər zamanımızı alır, o vaxtları toplasaq həyatımızın nə qədər
hissəsinin getdiyini təxmin edə bilərik.

Kaş müharibə bizi bir günlük də olsa unutsaydı...

Anam və atam “Chums” və “Union Jack” tərzində kitablar oxumağıma əsəbləşirdi, “faydalı” kitablar oxumağı məsləhət görürdülər. Amma “faydalı” kitabların hansı olduqlarını belə bilmirdilər.

Müharibədən öncə hər kəs düşünürdü ki, öz işlərini quracaqlar. Amma sonrasında işlər daha da pisləşdi, insanlar sosial yardımlara möhtac qaldılar. Fikirləşirdilər ki, dünya hər kəsə yetəcək qədər böyükdü..

İnsanlar fikirləşirdilər ki, biznesdə çox çalışmaq, dürüst olmaq yetərlidir. Amma rəqabət deyilən şeydən xəbərləri belə yoxdu. Atam da ömrünün sonuna qədər birincilərdən oldu.

Müharibəyə qatılan əsgərlər bunun əsil məntiqinə varsalar, onlar heç 3 ay davam etməz.

Həkim anamdakı xəstəliyin xoşxasiyyətli şiş olduğuna məni inandırdı. Başa düşə bilmirdim anamı öldürən bir şey necə xoşxasiyyətli ola bilərdi...

Hər şey bir dəlinin yuxusu qədər mənasızdı.

Yarım milyon sərvəti olan bu hərif mənim üçün üç dəqiqə idi ki düşünürdü.

Anlamaqda aciz olduğum bir məsələ də var idi, o da orta sinif qızlarının sırf evdən qaçmaq üçün şalvar geyinən istənilən bir nəfərlə evlənmələri idi.

Nifrəti yaradan qorxudur.

Pəncərənin arxasında oturur, dəftərindəki rəqəmlərə baxır, banknotları sayır, müdirə yaltaqlıq edir və həyatının zibilə getdiyini düşünür.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...