Üzü yay gedirik, təbii ki, bizim istəklərimizdən biri də arıqlamaq, gözəl
görünüşə sahib olmaqdır. Bəs bunun üçün biz nə edirik? Sizə ötən pəhrizim
haqqında danışmaq istəyirəm, bəlkə kiməsə istiqamət ola bilər.
Söz-sözü çəkər deyiblər, ötən ilin bu vaxtları idi, Forumların birində
kollektiv foto çəkdirmişdik. O qədər, özümü bəyənməmişdim ki.... Amma yenə də
arıqlamaq haqqında düşünmürdüm. Bir dəfə yol üstü çəkimi yoxlatdım, buna qədər
yenə də özümü ideal çəkidə olduğuma inandırmışdım. Amma tərəzidəki rəqəmlər iri-iri
74 kilonu göstərəndə çox pis olmuşdum.
Yay bitmişdi, oktyabrın sonundan təxminən dekabra qədər pəhriz saxladım. Yediklərimin
hamısı haqqında bir-bir yazmayacağam. Amma onu deyim ki, qida rasionumu
kiçiltmişdim. Məsələn, axşam tavada qızardılmış yağlı yeməklərin yerini bu dəfə
kaloriliyi yüksək pomidor supu, qaynamış qarabaşaq, düyü və s. vermişdim.
Əlbəttə, süd və süddən hazırlanan bütün məhsullarından sevərək istifadə edirdim.
 |
| Pəhriz zamanı artıq arıqlayırdım |
Şirniyyatları isə çərəzlər ilə əvəzləmişdim. Şirniyyat istədikdə isə onu fitness
bar-lar ilə əvəzləyirdim. Banan, alma, mandarin və s. kimi meyvələr çox istifadə
edirdim.
 |
| Xalama söz verdiyim kimi qızının toyunda arıq idim |
Bir-neçə avtobus stansiyasından
öncə düşüb yeriməyə üstünlük verirdim. Pilləkan olan yerləri ayaqla qalxırdım. Supermarketlərə
girən zaman isə düşünürdüm ki, bütün piştaxtaları müxtəlif şirniyyatlar
bəzəyib. Öz-özümə deyirdim ki, sanki istəyirlər insanlar ancaq yesin, yesin,
kökəlsin, hərəkət belə edə bilməsin. (Hərdən bizim əksər qadınların yerimək
istəməməsinə təəccüb edirəm. Onlar düşünür ki, növbəti dayanacaq onları getdiklərin
yerin qapısına qoymalıdır. Halbuki son oxuduqlarıma görə, insan minimum gün
içində 30 dəqiqə gəzməlidir. Onu da deyim ki, bizim xalalar avtobusda yer
üstündə dava edirlər, amma həkimlərin araşdırmasına görə, belə insanların ayaq
üstündə qalması belə onlar üçün nə qədər faydalıdır)
Özüm üçün yediyim qidaların kalorini yoxlayırdım.
Məsələn aşağıda əlavə etdiyim proqrama görə, ən çox istifadə etdiyimiz
qidaların kaloriliyi çox yüksəkdir. Onu deyim ki, ötən pəhrizimdən bu günə
qədər, təxminən 8 aydır ki, çay içən zaman şəkərdən istifadə etmirəm. Yeganə imtina
etdiyim məhsul məhz bu oldu.
 |
| Pəhrizi atandan sonra, artıq kökəlirdim |
1 boşqab makaronda 352, 1 boşqab qarabaşaqda 300+
kalori var. Toyuqdan kiçik bir hissə yesəniz 170 kalori alırsınız. Mayonezli
salat isə 400+ kalori deməkdir. 1 dilim qara çörək 45 kaloridir. Təsəvvür edin
5 dilim, qara çörək yeyirsiniz 220+ kalori alırınız. Hələ ağ çörəkdən,
şirniyyatlardan danışmıram. Gün ərzində 5 stəkan çay, hələ minimum 5 qəndlə 75
kalori verir. Cipsidə 200-400 kalori var ki, bu da bizim gün ərzində almalı
olduğumuz kalorinin demək olar ki, böyük hissəsini tutur. Bütün bunları
fikirləşəndə adam bu günədək nə qədər qeyri-sağlam qidanlandığının fərqinə
varır. #gecolduammaoldu
Gün ərzində aldığınız kalorilərin miqdarını
hesablamaq üçün əla tətbiqdir.
Bəli, özümə söz verdiyim kimi, növbəti foruma qədər kifayət qədər
arıqlamışdım və o çox sevdiyim qırmızı donumun içinə rahatlıqla girirdim.
Arıqladığım dövrdə çəkdiyim fotolardan bir neçəsini əlavə edəcəyəm.
Amma ətrafdakı insanların arıqlamısan, super görünürsən sözlərindən sonra,
artıq pəhriz ilə işimin bitdiyini düşündüm və atdım. Düşünürəm ki, bu pəhriz
zamanı etdiyim ən böyük səvh idi. Ən azından ona görə ki, 2 aylıq mübarizəmin
üstündən xətt çəkmişdim. Yenidən qeyri-sağlam qidalanma vərdişlərimə qayıtdım. Qızardılmış
yeməklər, ağlınıza gələcək cürbəcür şirniyyatlar, tortlar və s. Əlbəttə, belə
məhsullar məni kökəltdi.
Artıq 8 gün olacaq ki, yenidən pəhriz saxlayıram. (Məncə, buna pəhriz deməyək.
Çünki bu ifadə belə insanı qorxurdur. Sağlam qidalanma tərzi deyək) Bu dəfə isə
ötən dəfə etdiyim səhvi, motivasiyamın qırılmamasına çalışacağam.
Arıqlamaq vacibdir, xüsusən də yaş artıqca.
Comments
Post a Comment