Skip to main content

Yersiz sual verənlər... : “Sənə nə var?”




Milli Mətbuat Günündə belə bir yazı yazmaq istədim. Yersiz sual verənlər haqqında. Deyə bilərəm ki, bu məsələ son günlər yaralı yerlərimdən biridir. Çox təəssüf ki, ətrafımızdakı belə insanların sayı da günbəgün artır. Xüsusən də, məişətdə. 

Keçən dəfə psixoloqun biri danışır ki, əslində birini xarici görünüşünü nə bilim canım sizə desin, burnunun böyüklüyünü, qulaqlarının yekə olmasını, qaşlarının qalın olmasını, kök olmasını və s. desəniz bu qarşındakı şəxsə qarşı duyğusal şiddət olur. Amma nəzərə alın ki, qarşıdakında qüsur tapmaq istəyən o qədər qüsur tapacaq ki...  Yetər ki, istəsin...

Birinə burnun uzundur deyiləndə, qayıdıb demək istəyirsən ki, “Sənə nə var?”. (Hərçənd ki, valideynlərimə təşəkkür edirəm ki, burnum uzun deyil 😊) Üstəgəl bu gün qayıdıb adama qaşların niyə qalındır, saçlarını niyə rəngləndirmirsən deyirlər, yenə demək istəyirsən “Sənə nə var?”. 
Amma o daxildəki mədəniyyət qarşındakı şəxsə bu sualı verməkdən səni çəkindirir. 

Yersiz suallar xarici görünüş ilə bitmir. Hər gün meyvə, yoğurt və s. aldığın satıcı səndən soruşur: “Yenə meyvə?”. Hər dəfə də eyni sualı verir. Bir dəfə də qayıdıb soruşmur ki, niyə meyvə alırsan? Mən də deyim pəhrizdəyəm, heç olmasa əl çəkə. 

Fərqli bir gün və yenə eyni satıcı. “Bu gün işə tez çatmısız”. Siz də saata baxıb, doğrudan deyə sual verirsiniz? O da gülümsəyərək, başı ilə təsdiq edir. Çıxıb gedirsiniz.. Başqa bir yersiz sual, bir insana şəxsi həyatı ilə bağlı verilən suallardır. Zatən danışmaq istəyən sizə deyəcək, niyə sual verirsiniz?

Xatırlayıram, bir dəfə yaxından tanıdığım, sual verməyə ərk etdiyim birindən niyə arıqlamırsınız deyə soruşdum. O da arıqlamaq üçün xəstəliyinin keçməsinin vacib olduğunu dedi. Doğrudan da qarşıdakı çox kökdürsə, bu sadəcə “Sizin ağlınızda olan Ay da gör nə qədər yeyir ki, belə günə qalıb” demək deyil. 

Yaxud kimsə, saçlarını rəngli etmirsə, bu o demək deyil ki, rəngli saçla gəzmək xoşuna gəlmir. Sadəcə təbbi saçlarını itirmək istəmir. 

Lütfən, qarşımızdakına belə suallar verməyək. Yoxsa, kobud cavab eşitsəniz, öz günahınızdır.


Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...