Skip to main content

Hər bir insan tarixdir: Onların həyatına kor-koranə müdaxilədən qaçın!


Deyirlər uzun müddət açıq havada gəzmək, insanda əhvalı artırır, düşünməyə kömək edir. Müxtəlif fikir və düşüncələr beynindən keçir, amma bir dənəsi o digər fikirlərin içindən “Düşün Məni” deyir sanki..  Bir az da bu fikirləri gücləndirən ətrafdakı cütlüklər və payız fəsli olur. Düşünürsən, onlar bir yerdədirlər, doğrudanmı bir-birilərini istəyirlər, yaraşırlar, yada doğrudanmı bir-birilərinin qismətidir.  Yoxsa, bu münasibələr də bir ay, 1 il, 2 ildən sonra boşa çıxacaq?

Kişi qadının, qadın da kişinin həyatına onu öyrənmədən, bilmədən kor-koranə müdaxilə edir. Xüsusilə, belə münasibətlər sosial platformaların inkişafı ilə daha da artıb.
Ümumiyyətlə, sosial platforma üzərindən başlayan münasibətlərin nə qədər həqiqi, real olduğunu isə danışmaq istərdim, amma bu yazının mövzusu deyil məncə.
Sadəcə insanların həyatına belə müdaxilələr onların təsiri ilə daha da artıb. İnsanlar tarixdir, onların həyatına kor-koranə müdaxilədən qaçmalıyıq. Çünki, onların həyatının bir tarixinə müdaxilə etmək və sonra geri çəkilmək, birincisi qadın və kişi üçün ən böyük zərbə ola bilər. 
Çünki həmin insanların bəlkə də keçmişdə yaşadığı mənfi situasiyalar olub, biz isə elə-belə, xoşum gəlir, deyərək onların həyatına müdaxilə edir, daha sonra gedirik. Arxada isə yenə qırılmış insan faktoru qalır ki, bu da bütünlükdə cəmiyyətdəki ab-havanı pozur.
Odur ki, ətrafımızda xoşbəxt cütlüklər görə bilərik, ya da bizə xoşbəxt görünürlər fərq etməz. Hər iki halda biz onlara baxıb, Tək olmağımıza görə, məyus olmamalıyıq. Çünki hər bir insan fərddir və bu həyatda Tək qalmamaq üçün göndərəcəyi mütləq bir nəfər var.  O məşhur sözdə deyildiyi kimi, TƏK QALMAZSAN! 😊 Səni də sevən tapılar. 😊 Sadəcə gözləmək və həyatımıza kor-koranə müdaxilə edən insanları özümüzdən uzaqlaşdırmalıyıq. 
Sonda bilirəm hər kəs ağıllıdır, amma sevəndə ağıl işləmir, amma yenə də hər addımda ağıl sizə bələdçilik etsin! Bu yazı da təsadüfdən Subaylar Gününə-11 noyabra təsadüf etdi.

Comments