Skip to main content

Posts

Üzündə xoş təbəssüm olan xəstə uşaq

Hər tərəfi səsi bürümüşdü. Bu səs fikirlərimin nizamsızlığına səbəb olurdu. Hətta çevrilib sakit durun xahiş edirəm demək istədim də. Sonra eyni səsin eyni tonla davam etdiyini eşidən də dözmədim çevrilib baxdım. 8-9 yaşlarında, saçlar qırxılmış, sözləri doğru- dürüst də ifadə edə bilmir. Hiss edirəm ki əzab çəkir. Amma üzündə bütün bunlara baxmayaraq xoş təbəssüm . Hətta bir ara eyni təbəssümlə yaşlı kişiyə gəl yanımda otur deyə təklif də etdi. Valideynini də incidirdi, amma ana da o qədər səbr var idi ki, bəlkə də uşağa stimul verəndə həmin ana idi. Yol boyu bunları fikirləşdim. Sonra evə getdim həmin ananı, xəstə uşağı unutdum.

Hörümçək və ağcaqanad

Yarı uçuq vəziyyətdə, divarları toz basmış hamamda çimərkən gözü ağcaqanad ilə hörümçəyə sataşdı. Yayın bu eybəcər istiliyi özü ilə insanlara faydasız olan həşərat tiplərinin də canlanmasına səbəb olmuşdu. Öz-özünə düşündü "İnsan ilə bu məxluqlar daim harmoniya şəraitində yaşayırlar. Şikayət də edə bilmirlər, çünki bunun üçün insan xilqəti kimi nə ağızları, nə də sözləri var”. O başa düşmürdü ki, bu iki fərqli həşəratı bir-birinə nə bağlaya bilər.Bəlkə ətrafdakı digər ağcaqanad sürüsünün ona laqeydliyimi, yoxsa hörümçəyin ona olan vəhşi instinktimi onları yaxınlaşdırırdı. İsti suyun altında bu iki eybəcər məxluqu düşünmək ürəyini sıxırdı, amma sonunu gözləyirdi, hətta işini yekunlaşdırmışdı, amma ləng hərəkət edərək işin sonunu gözləyirdi. Amma təəssüf ki, heç bir şey onun istədiyi kimi olmamışdı. Hörümçək vəhşi aclıq ehtirasını boğmuş, ağcaqanada azadlıq vermişdi

TARİX YARADANLAR

            1923-c ü il sentyabrında M.Ə.Rəsulzadə İstanbulda mühacirət mətbuatının əsasını qoyur.Jurnal isə "Yeni Qafqasiya" adlanır.Onun Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan Qolubkaya ünvanladığı məktubda mühacirət mətbuatı problemlərinə toxunur və yazırdı: "Siz haqlısınız ,pul azdır,amma çox lazımdır.Pulları havaya sovurmaq lazım deyil.Gördüyünüz kimi ,biz onları havaya sovurmuruq".(Az.mətbuat tarixi antologiyası-mühacirət dövrü,3-cü cild,səh 132). Özü İstanbulda ,ürəyi isə Vətəndə olan Rəsulzadə Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsi üçün  "Yeni Qafqasiya" jurnalında çağırış xarakterli məqalələr yerləşdirirdi. O,Polşa rəsmiləri ilə olan məxfi yazışmalarının birində məsələ ilə əlaqəli yazırdı."Tərəfimdən həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə baxmayaraq ,mən artıq nəinki "Yeni Qafqaz" jurnalında bir sıra çağırışlar yerləşdirmişəm, hətta işin müdafiəsi üçün məqalələr də yazmışam.(Az.Mətbu...

Zibillik üçün olan informasiyalar

Əgər bir zamanlar insanlar informasiya almağın aclığını çəkirdilərsə ,bu günlərdə  isə onlar lazımsız məlumatlarla beyinlərini doldurmaq istəmirlər.Yəni onlar o qədər boldur ki,seçim şəxsin özünə buraxılır.Küçədə getdiyin yerdə belə yeni hadisənin şahidi olursan   eşidirsən. Bəzən "Məlumat Bürosu" xarakteri daşıyan internet ,TV ,qəzetlərdən  uzaq qaçmaq istəyirsən. Həyatda yaşaya  ,baş çıxara biləcəyin qədər  bilməlisən.Bütün bunlardan qaçmaq isə yuxarıda nümunə göstərdiyim filmin epizodunu xatırladır.Ata xaricdə təhsil almış ,hələ də oxumaq sevdasında oğluna -Yaşaya biləcəyin qədər bil deyirdi. Umumən çox bilmək ziyandır.Ziyan olan əlbəttə təhsil deyil.Özünü yeni lazımsız informasiyanı bilməyə məcbur etməkdir.Məsələn hansısa fikri kimsə nə vaxtsa deyib,kimsə nə vaxtsa şedevr  musiqi bəstələyib.Beləliklə onların kopyasını oxumaq ,dinləmək lazımsız məlumat kimidir.Misalçün bəzən sual verirlər -Bizimkilərdən kimləri oxumusan ? Mütailə etdiklərimi...

Səfil Milyonçu

Mən acam. Motsart səslənir. Pul da istəyirəm. İşıqlar sönür. Bütün bunlar ürək bulandırır. Lənətə gələsən səni ,Bütün həyatımı əlimdən aldın. Motsartın parçasını ifa edən gənc pioninoya daha bərk vurur.Hisslərlə bərabər ,ürək döyüntüləri sürətlənir. Saymağa başla Bir - De görüm bir. Eşitmirsən bir de! Uşaq ağlayan səsiylə -Bir . Sən ailə qurmamısan ,başa düşürsən .İndi mənə yemək və pul ver. Tez ol!  Səninlə deyiləm de iki. Süküut çökür ,sonra eyni səslər pəncərədən evə çökür. Motsart səslənir. O sərsəm də elə düşünür ki ,hər şeyi dəyişəcək hə? Uşaq dörd deməmiş əlinin tərsiylə isti,ağrıdıcı əzabı hiss edir. Motsart dayanır sükut  çökür.

"İnamı dilənçi kimi sədəqə istəmirlər,onu qılıncla alırlar"

Çərşənbə axşamı .Əlimdə bir həftə bundan qabaq oxuduğum sonra hansısa səbəblərdən yarımçıq qoyduğum kitab.Kitab belə adlanır -Xəzər sözlüyü.Yadımdadır hələ 40 səhifəsini oxumuşdum ,amma kitabı oxumuş insanlardan -Bu kitab nə üçün yazılıb soruşurdum?Bu əsərin yazılmasında məqsəd nədir?Və yaxud Xəzər xaqanlığı qismində bir ölkənin hansı dini qəbul etməsinin bu qədər öyrənilib,araşdırılmasının nə əhəmiyyəti var? Səhifələri vərəqləyəndə Milorad Paviç(Əsərin müəllifi) qeyd edir di ki ,əsəri hardan oxumanızın elə də əhəmiyyəti yoxdur.istəsəz lap ortasından da başlaya bilərsiniz və yaxudda ona əlavələr edə bilərsiniz.Kitabi yekunlaşdırdım.Sonra hadisələri zəncirvari qruplaşdırmaq istədim.Nədənsə hər şey təzadlı qaldı.Müəllifində qeyd elədiyi kimi bu dəfə kiatbdakı surətləri əlaqələndirməyə çalışmaq üçün kitabın əvvəlinə,sonuna,ortasına qayıtmalı oldum. Bir şey aydındır ki əsərdə Avram Brankoviç ,Atex ,Xəzər Xaqanının,Yusif Məsudinin adları tez-tez çəkilir.Nəzərinizə çatdırım ki əsər üç h...

Saatın əqrəbləri necə də asta hərəkət edir

Xoşbəxt ölüm -Məgər ölümün də xoşbəxtliyi olur? Fərqi yoxdur xoşbəxtiyi qırxında yaxalamısan və ya xoşbəxtliyi yaxaladığın anda ölüm səni haqlayır-Bunların heç birinin fərqi yoxdur .Əsas odur ki insanların xoşbəxtsənmi verdikləri suala -Bəli sizin adını qoyduğunuz xoşbəxtlik məfhumunun özü qədər xoşbəxtəm-Deyə bilirsən.Yenə də fərqi yoxdur qarşındakının və yaxud sizin xoşbəxtliyə yanaşma tərziniz necədir,onu necə başa düşürsünüz. Başqa tərəfdən insanların sənə bəzəkli xonçada sunduğu xoşbəxtliyə əlinin tərsiylə geri çevirisənsə deməli İnsan Kimi Yaşayırsan.Özünün arzuladığın həyatı seçirsən .Orta həyat yaşamağa yaşamaq kimi baxmırsan -Yaşayırsansa yanmalısan deyirsən. Merso əsər boyu Günəşi axtarır .Marselin,Vyananın küçələrində gəzib tənhalığına həndəm ola biləcək Günəşlə sazişə girmək  istəyir.Uzaq Avropaya Günəşi axtarmaq üçün yola düşür., onu ölkəsi Əlcəzairdə tapır,amma Patrisi Mersonun tapdığı Günəş öümlə mübarizə apararkən boğazında ilişib qalmış daşa müqavimət olaraq sü...

Bir güllə ilə ölən ümid

-Bizim evimiz ,toyuq-cücəmiz ,dovşanlarımız olacaq ,Corc elə deyil?Bir az onlardan danış ,Corc -Bax ,Lenni bizim o çayın kənarında evimiz olacaq. Əsər boyu bu iki nəfərin dialoqunun şahidi olursan.Söhbətin məğzi isə eynidir.Gələcək üçün ümid etmək.Pisdən söhbət gedə bilməz,yaxşılıq üzərində qurulan xoş xəyallar. Əsəri oxumağa başlayanda Lenni obrazını beynimdə canlandırıb "İnsan nə qədər axmaq olar düşünürdüm".Lenninin müstəqil qərar verdiyi situasiya yoxdur,qərarsızdır,Xarakteri ilə güclü görünüşü arasında təzad var.Süjet boyu onu çox danışan görmürük.Danışsada oxucu artıq bilir ki o növbəti dəfə nə deyəcək.Bəs onda yazıçı nə üçün əsas süjet xəttini bu obraz üzərində qurub?Çünki o səfeh,dinməz,harda peyda olacağını bilməyən ümiddir.Amma bu ümid işiğı o qədər zəifdir ki,arxadan gələn dost zərbəsi ilə məhv olmağa hazırdır. Belə ümid kimə gərəkdir? Əslində bütün ümidsizliyə qarşı Con Steynbekin yaratdığı obrazdır.Lenni mənə "İdiyotu","Don Kixotu"...