Skip to main content

Posts

Badi-Kubə

Deyirlər Bakı bütün şəhərlərdən ən yaxşısıdır.Bilmirəm nədəndirsə,kim hansı şəhərdə doğulub böyüyübsə,o yeri də ən yaxşı hesab edir. Türklər də İstanbulu heç bir şəhərə dəyişməzlər.Onları deyə bilmərəm nə səbəbə bu şəhəri belə yüksək qiymətləndirirlər.Amma burda ola bilərlər çoxdur-memarlıq abıdələrinə görə,Şəhərin özünəməxsus füsunkarlığına görəmi,yoxsa yunanlar üzərində olan qələbənin məğrurluğumu buna səbəbdir. Amma Bakını yaxşı adlandıranlar ya onu bu yaxınlarda görməyib,ya da başqa şəhərdə olmayıb ki müqayisə imkanı olsun.Ölkəyə gələn turistlər də ölkədən məmnun halda bu sözlərlə ayrılırlar-"Mən 10-15 il olardı ki Bakıda olmamışdım,amma indiki yenidənqurmanı ,abadlığı görəndə könlüm açıldı."Çox gülüncdür ki ,bu sözləri deyənlərə isə şəhərin ən abad yerlərini göstərirlər nəticədə isə təəssurat yüksək səviyyədə olur.Y a da özlərinə məxsus əda ilə yaxşıları görür ,pislərin adlarını belə çəkmirlər.Bu məsələnin bir tərəfi idi.Qayıdaq adi Azərbaycanlı kimi şəhərimiz haqda dü...

"Bir gün görəcəyik ki,özümüz adlandırdığımız heç bir şey qalmayıb"

17-ci əsr xalq ədəbiyyatının nümunəsi olan Koroğlu istər orta ,istərsə də ali məktəblərdə tədris olunur.Koroğlunu araşdırarkən bəzi xarici yazarlar və jurnalistlər onun barəsində elə şeylər yazırlar ki,düşünürəm görəsən o haqqında eşitdiyimiz ,öyməklə doymadığımız xalq qəhrəmanımızdırmı?Polyak yazıçı qeyd edir "Koroğlu ermənini aldadaraq ona qalib gəlir.Nigar xanımı zorla qaçırdır". Son dövrlərdə mətbuatda onu dırnaqarası qəhrəman adlandırıb məsxərəyə qoyurlar.Keçəl Həmzənin qıratı qaçırması boyunda Koroğlu Qıratın dalınca gedərkən təsadüfən Dəyirmançı ilə rastlaşır .Sonda isə ünsiyyətləri alınmadığına görə onu öldürür.Onun min bir əzabla hazırladığı undan özünə yemək hazırlayır və s.və s. kimi mənfi xüsusiyyətlər qeyd edə bilərik.Bəzən yazırlar belə bir şəxsi qəhrəman adlandırmaq düzgündürmü ?O zalımlara qan uddurmaq əvəzinə özü zalımlıq edir. Məncə bu məsələ araşdırılarkən ,hər hansı bir şeyi təbliğ etməmişdən qabaq onun mahiyyəti öyrənməlidir.Belə olsa idi xarici yazıçıl...

Musiqi və mən

Musiqi insanların daxili hissləri ilə və də insanların elə özləri ilə birbaşa olaraq bağlıdır.Kimsə mənə filan musiqini dinlə desə ,qəribədir melodiya məhz onu ərsəyə gətirən ilə deyil də,elə həmin insanın adı ilə bağlanır.Nə vaxtsa təkrar-təkrar onlara qulaq asanda həmin insanlar yadıma düşür,və də həmin an nələr hiss etdiklərim.İnsanların sözləri,simaları yaddaşıma həkk olunur məhz melodiyalarda onları daha da kəskinləşdirir.Əgər kimsə musiqiyə ovqatını dəyişmək üçün qulaq asırsa,Mən isə həmin insanları qeyri-ixtiyarı olaraq yada salmaq üçün bunu edirəm.Belə bir sual doğa bilər?Sən keçmişin ilə yaşayan insansan -Qəti deyə bilərəm ki ,bu əsla belə deyil.Aşağıdakı melodiyaların isə mənim üçün xususi yeri olub-Təbii ki insanların da.

Mənim şəhərim konsepsiyası

Qayda-1 Bunun üçün təmiz olmalısan Qayda-2 Qarmaqarışıqlıq içində belə rahatlıq verməlisən mənə Qayda-3 Füsünkar olmamalısan çünki səni qısqana bilərəm,amma eyni zamanda insanlar sənə qucaq açmağa maraqlı olmalıdırlar  Qayda-4 İnsanlarının üzü gülməlidir Qayda-5 Tarixin canlı gözümün qabağında olmalıdır Qayda-6 Səni atıb getməyi düşünməməliyəm Qayda-7 İnsanların mədəni olmalıdır. Qayda-8 Sənin öz havan olmalıdır ki ,səni digər şəhərlərdən seçə bilim. Qayda -9 Hara getsəm darıxım-sənin üçün ,şəhərim üçün Qayda -10 Özümü heç yerdə olmayacaq qədər mənəvi azad hiss edim Nəticə-Bəlkə buna görə mənə həmişə yad olmusan ,təkcə səni sənə həsr olunmuş melodiyalarda sevə bilmişəm

Bir damcı su

20 -ci əsr mənzərəsi-Filosofiya aləminə gəldikdə,qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər düşsünlər və insaniyyət mütəxəsisləri bu cür məsələni nə tövr həll edirlər etsinlər,ancaq mənim bir balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi. Və ola bilər ki, oğlum da yekələndən sonra ,bir para alimlərin küçədə görəndə mənim kimi üz döndərəcəkdir.Ancaq hələ ki,indi oğlum bu işləri başa düşmür və onunçun  da iki almanın birini yetim uşağa verir. Başlıq kimi verdiyim situasiya bəlkədə hamıya tanışdır .C.Məmmədquluzadə iki alma hekayəsi. Məndədə həmişə onlara qarşı ikrah hissi olmuşdur .Bir gün hətta dostuma zarafatyana  demişdim-"Onların yerinə mən utanıram."Utanırdım çünki bir insan digər insandan heç bir şeyi ilə üstün deyil.Utanırdım çünki bir insan digər insandan nəyi ilə üstün ola bilər ki ,bir hələ pul versin .Üzünü turşudaraqda getsin.Əslində zavallı vəziyyətində olan da sizlərsiz.Bir insanın özünü alçatması əlinizdə gülüş vasitəsi olmuşsa ə...

Balaca Şahzadəm

Əsasən hansısa bir kitabı oxumamışdan qabaq onu sənə kimsə tövsiyyə edir.Bu kitabı da hardasa 2 il bundan qabaq mənə oxumağı məsləhət görəndə nədənsə gülüb keçmişdim.Amma keçən axşam yenə nədənsə nəsə oxumaq istəyirdim.Bilmirəm bu fikir imtahan qabağı hardan ağlıma gəlmişdi çünki məntiqlə yanaşsaq işimi rahatladacaq nəsələr oxumalı idim. Bu yazını da yazanda nədənsə imtahan barədə düşünmürdüm... İnsan nə qəribə məxluqdur ,bütün ömrü boyu ünsiyyətə can atır .Suallarına cavablar tapmasa belə dönə-dönə onları təkrar etməkdən yorulmur.Balaca Şahzadə kimi.Bir az mən kimi.Nə üçün insanlar hara getdiklərini belə bilmədən sürətli qatarlara minirlər?Böyüklər nə qədər axmaqlar? Məgər ciddi olmaq sərhədləri aşmamaq mənasınamı gəlir.Nədən insanlar sevmək,mübarizə aparmaq istəmir?Bitib tükənməyən suallar.Qarşılığında isə sualların cavabsız qalması.Bir dostum deyirdi bilirsən suallar mənasızdır,cavablar ondan da bezdirici.Amma mən israrla ona qarşı çıxır.Həqiqətin doğrululuğuna inanmaq istəmirdim....

"10 ildən sonra"

10 ildən sonra-Fikirləşəndə ritorik sual qarşısında qaldığım düşüncədir.10 ildən sonra. İndi 10  ildən əvvəlki zamanı düşünə bilmərəm,çünki 10 ildən sonra bəlkə də daha cazibədar göründüyümü düşündüyümdən  indiki haldakı fikrim mənə dar,məhdud görünür.Amma gələcəyin esgizini verə bilərəm və də keçmişdən nələr əldə etmişəm deyə arxaya baxaram.Nələr əldə etmişəm : Bü gün 31 may 2013.Tarixlərdə dəyişilib. 31 may 2023 .Tarixlər dəyişə-dəyişə deyəsən keçmişdə unudulub. Amma hardasa hər şeyə positiv yanaşan insanlar yaddaşımda qalıb. İsveçdəyəm. Ölkədən gedəndə bir gün qayıdacağımı demişdim ,qayitdım da.Amma bu müddət ərzində KİV sistemində də irəliləyişlər olmuşdu.Mən dəyişildikcə onlar da sabit qalmamış dəyişilmişdi.Düşündüklərimi realizə etmək üçün getmişdim.İndi isə qayıdıram geriyə.Ölkəmdə hər şeyin mükəmməl olduğunu bildiyim üçün. Note-Yazıya heç bir dəyişiklik etmədən verdim.İlk 10 dəqiqə ərzində 10 ildən sonrakı həyatımı düşünmək çətin gəldi.10 ildən sonra bəlkədə istədiyim...

Kirlikir və Robespyer

Ona bu adı kim qoymuşdu?Əlini atıb dağınıq saçlarında gəzdirdi,hər nə qədər elədisə keçmişindən bir şey xatırlaya bilmədi.Özünün verdiyi bu sualda digərləri kimi cavabsız qaldı,lap ritorik suala oxşadı. Qəhqəhə çəkib güldü,kəsif qoxusu verən ağzı açıldı,siqaretdən saralmış dişləri göründü.Birdən hamının ona diqqət kəsildiyini düşündü,nədənsə özü-özündən qorxdu gizlənmək üçün yer axtardı. Səslimi düşünmüşdü -yox,müzakirə elədiyi məsələləri səssiz şəkildə daxilində götür-qoy etmişdi. Qorxa-qorxa daldalandığı yerdən çıxdı,tini burulmuşdu ki,əlində dəyənək olan bir qrup insanın ona sarı gəldiyini gördü. Hamının hədəfi,hər kəsin Kirlikir adlandırdığı bu məxluqu öldürmək idi. Sanki bunu edəndən sonra rahatlıq tapacaqdılar. Bu dəfə səhvə yol vermişdi,gizləndiyi yeraltı dünyadan çıxmış,işıqlı dünyadakı insanların aqibətinə baxmaq istəmişdi.Bu da onun həyatı bahasına başa gələ bilərdi. Yeraltı dünyada yaşasada ,işiqlı dünyadakı insanların çoxdan imtina etdiyi kitablara sahib idi. Və həmin kitab...