Deyirlər Bakı bütün şəhərlərdən ən yaxşısıdır.Bilmirəm nədəndirsə,kim hansı şəhərdə doğulub böyüyübsə,o yeri də ən yaxşı hesab edir. Türklər də İstanbulu heç bir şəhərə dəyişməzlər.Onları deyə bilmərəm nə səbəbə bu şəhəri belə yüksək qiymətləndirirlər.Amma burda ola bilərlər çoxdur-memarlıq abıdələrinə görə,Şəhərin özünəməxsus füsunkarlığına görəmi,yoxsa yunanlar üzərində olan qələbənin məğrurluğumu buna səbəbdir.
Amma Bakını yaxşı adlandıranlar ya onu bu yaxınlarda görməyib,ya da başqa şəhərdə olmayıb ki müqayisə imkanı olsun.Ölkəyə gələn turistlər də ölkədən məmnun halda bu sözlərlə ayrılırlar-"Mən 10-15 il olardı ki Bakıda olmamışdım,amma indiki yenidənqurmanı ,abadlığı görəndə könlüm açıldı."Çox gülüncdür ki ,bu sözləri deyənlərə isə şəhərin ən abad yerlərini göstərirlər nəticədə isə təəssurat yüksək səviyyədə olur.Y a da özlərinə məxsus əda ilə yaxşıları görür ,pislərin adlarını belə çəkmirlər.Bu məsələnin bir tərəfi idi.Qayıdaq adi Azərbaycanlı kimi şəhərimiz haqda düşüncələrimizi yazaq.Çünki özümüzü özümüzdən yaxşı heç kəs bilməyəcək.
Sayları yağışdan sonra artan göydələnlər Bakının simasını da dəyişir başqalaşdırır.10-20 ildən sonra Bakını iynə atsan yerə düşməyəcək səviyyədə görsək ,yəqin bu vaxt təəccübümüz yersiz olar.Problemləri saymaqlada məsələ qurtarmır-əsas tərəqqiyə aparan çıxış yoludur.Yenə də yaxşılardan şəhər mədəniyyəti olan ölkələrdən nümünə göstərək.Avropa şəhərlərinin özəlliyi -yerin özünəməxsusluğu qalsın deyə heç bir göydələn ucaltmırlar və də əhalinin çoxusu alçaq evlərdə məmnuniyyətlə məskunlaşır.
Bakının köhnə siması-Ona məxsus qədim bir fraqment var.Külək əsir,əsməlidir də axı Bakımızı ta qədimlərdən küləklər şəhəri adlandırırlar.Bir çadralı qadın küləkdən qaçıb evə tələsir.Uzaqdan gələn kişini gördükdə isə üzünü bərk-bərk örtüb qaçır.Şəhərin simasıda öz yerində.Qız qalası boşluq bir sahədə əzəmətlə 4 bir tərəfini seyr edir.
Comments
Post a Comment