Skip to main content

Balaca Şahzadəm


Əsasən hansısa bir kitabı oxumamışdan qabaq onu sənə kimsə tövsiyyə edir.Bu kitabı da hardasa 2 il bundan qabaq mənə oxumağı məsləhət görəndə nədənsə gülüb keçmişdim.Amma keçən axşam yenə nədənsə nəsə oxumaq istəyirdim.Bilmirəm bu fikir imtahan qabağı hardan ağlıma gəlmişdi çünki məntiqlə yanaşsaq işimi rahatladacaq nəsələr oxumalı idim. Bu yazını da yazanda nədənsə imtahan barədə düşünmürdüm...
İnsan nə qəribə məxluqdur ,bütün ömrü boyu ünsiyyətə can atır .Suallarına cavablar tapmasa belə dönə-dönə onları təkrar etməkdən yorulmur.Balaca Şahzadə kimi.Bir az mən kimi.Nə üçün insanlar hara getdiklərini belə bilmədən sürətli qatarlara minirlər?Böyüklər nə qədər axmaqlar? Məgər ciddi olmaq sərhədləri aşmamaq mənasınamı gəlir.Nədən insanlar sevmək,mübarizə aparmaq istəmir?Bitib tükənməyən suallar.Qarşılığında isə sualların cavabsız qalması.Bir dostum deyirdi bilirsən suallar mənasızdır,cavablar ondan da bezdirici.Amma mən israrla ona qarşı çıxır.Həqiqətin doğrululuğuna inanmaq istəmirdim.Əslində haqlı idin .....
Müəyyən məqamlarda dostların olur.Sonra başa düşürsən ki əslində bu sənin dostun deyil.Yeni dostlar axtarırsan və yeniləri köhnələrin dəyərini vermir.Amma bir tərəfdən də bilirsən ki köhnələrdə sənin azadlığını almağa çalışır .Bəlkə bir az da bu səbəblə uzaqlaşırsan.Həyatın boyu bu xətt səni izləyir.İki il  keçəndən sonra isə o insanın simasını unudursan,və də anlayırsan ki əslində sizi bir-birinizə bağlayan sadəcə mühit imiş.Bu əyri,düz,kəsişən xəttlər həyatım boyu davam edib.Bir az da ona görə mən Balaca Şahzadəyə oxşayıram.Amma istəməzdim əlimdə var olanların saxta olduqlarını anlamaq .Balaca Şahzadə kimi.Qoy yalanları da mənə doğru kimi desinlər .(sözün yaxşı mənasında)Elə deyil ?Balaca Şahzadəm.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...