Skip to main content

Kirlikir və Robespyer

Ona bu adı kim qoymuşdu?Əlini atıb dağınıq saçlarında gəzdirdi,hər nə qədər elədisə keçmişindən bir şey xatırlaya bilmədi.Özünün verdiyi bu sualda digərləri kimi cavabsız qaldı,lap ritorik suala oxşadı. Qəhqəhə çəkib güldü,kəsif qoxusu verən ağzı açıldı,siqaretdən saralmış dişləri göründü.Birdən hamının ona diqqət kəsildiyini düşündü,nədənsə özü-özündən qorxdu gizlənmək üçün yer axtardı. Səslimi düşünmüşdü -yox,müzakirə elədiyi məsələləri səssiz şəkildə daxilində götür-qoy etmişdi. Qorxa-qorxa daldalandığı yerdən çıxdı,tini burulmuşdu ki,əlində dəyənək olan bir qrup insanın ona sarı gəldiyini gördü. Hamının hədəfi,hər kəsin Kirlikir adlandırdığı bu məxluqu öldürmək idi. Sanki bunu edəndən sonra rahatlıq tapacaqdılar. Bu dəfə səhvə yol vermişdi,gizləndiyi yeraltı dünyadan çıxmış,işıqlı dünyadakı insanların aqibətinə baxmaq istəmişdi.Bu da onun həyatı bahasına başa gələ bilərdi. Yeraltı dünyada yaşasada ,işiqlı dünyadakı insanların çoxdan imtina etdiyi kitablara sahib idi. Və həmin kitabların birindən,səhv eləmirsə belə adlanırdı Kral Karl və Avropa Mühiti inqilabın,çevrilişin nə demək olduğunu əli dəyənəkli ,silahlı insanların hədəfinin respublika quruluşu yaratmaq istədiklərini,bax bunları bilirdi.
Uzun saçları yolu görməyə mane olurdu,ona  görə də hər saniyədən bir uzun ,yöndəmsiz əllərini saçlarına gəzdirirdi. Bu dəfə də belə edəndə düşüncəli məxluq siması aldı.Gülə-gülə dedi-Nə olardı -kral olardı? Kral da insanları yalanlarla aldatmışdı,o isə yenilik edər doğrularla onları aldadardı. Bu fikir ona cazibədar göründü. Sonra nədənsə görkəmindənmi,idarəçilik xüsusiyyətlərinin zəifliyindənmi utandı. Həmin insanlar onu öldürmək istəmirdi,bu lap dəqiq idi.Kral Henrixi taxtdan saldılar.Budur -Fransa bayrağı Bastiliya qalası üzərindən sancıldı. Hamı qələbəsinə sevinir. Yaşasın Fransa və fransız xalqı ! Tribunaya ciddi görkəmli ,təmkinli ,işgüzar insan nə haqdasa insanları inandırmaq istəyir. Robespyer-Fransa inqilabının təşkilatçılarından .Nə dedisə birdən süküt çökmüş,2 miliyon insanın nəzərləri ona zillənmişdi. Nə etmişdi? Yenəmi səsli düşünmüşdü-Əsla ,Axı insanlar onun nə fikirləşdiyindən hali olmuşdular. Bu necə baş verə bilərdi axı?
Robespyerıin səsi eşidildi-Budur fransız xalqının  işıqlı dünyaya aparan insan.Robespyer ona insan deyə xitab edirdi. Axı o insan yox Kirlikirdir,hamının nifrət etdiyi məxluq. Bu gün isə bu möhtərəm fransız oğlu ona fransız xalqının  müjdəçisi kimi baxırdı. Əllərində dəyənək ,kəndli qiyafəli,bu çirkli insanlar onu tribunaya doğru itələdilər .Başları üstünə qaldırdılar.Nəhayət mənzilə çatmışdı, Kirlikir .Axı indi o fransız xalqının müqəddaratını həll edən sözləri hardan tapacaqdı. Robespyer onu təbrik etdi,ilk respublikanın prezidenti olduğuna görə. Onun üzündə isə çaşqınlıq vardı. Miliyonlarla cüt göz ona baxırdı. Tribunaya çıxdı.Bütün tarix kitablarında əsrlərdən sonra aeropagitikaya çevriləcək nitqini söylədi. Bu günə qədər kral sizləri yalanlarla idarə etmişdi,mən isə doğrularla .Hamı onu alqışladı. Söylədiyi fikrin müsbət reaksiya doğurduğunu gördükdən sonra özünə inamla nitqini davam etdirdi,Cənab Kirlikir.Fransızlar rahat idi,Kral Henrixi taxtan salmışdılar ,Cənab Kirlikir isə 14 iyul tarixindən prezident olmuşdu.
Parlament meydanında -Marat bu gün inqilab edərək Bastiliya qalası üzərində qələbə bayrağı sancan kəndlilər arasında siyasi iş aparırdı. O heç vaxt Robespyerı sevməmişdi. Özü prezident olmaq istəyirdi. Kəndlilərdən cavab gəlirdi-O HAQLIDIR,ROBESPYER FRANSIZ XALQINI MƏHV ETMƏK İSTƏYİR.CƏNAB KİRLİKİR İSƏ DOĞRULARLA  DÖVLƏTİ İDARƏ EDƏCƏYİNİ DEYİR-YALANDIR! Marat istədiyinə nail olmuşdu.Kəndlilər yeni çevrilişə bu günkü xətalarını düzəltməyə hazır idilər.Kirlikir fransız xalqı qarşısında cavab verməlidir deyə rüsvayçılıq dirəyinə bağladılar. Gedən -gələn əlinə keçəni onun üstünə atırdı. Əzab çəkirdi ölüm arzulayırdı Kirlikir. Axı onun qəddar insanlar arasında nə işi vardı.Hansı tarixi şərait onu bura atmışdı.
Qəzetdə yazılırdı-Bu gündən Fransa dövlətinin prezidenti -CƏNAB MARAT-dır.
Rüsvayçılıq dirəyindən azad olunan Kirlikir yeraltı dünyaya gerıi qayıtdı. Bu dəfə rüsvayçılıqla.!

Comments