20 -ci əsr mənzərəsi-Filosofiya aləminə gəldikdə,qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər düşsünlər və insaniyyət mütəxəsisləri bu cür məsələni nə tövr həll edirlər etsinlər,ancaq mənim bir balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi.
Və ola bilər ki, oğlum da yekələndən sonra ,bir para alimlərin küçədə görəndə mənim kimi üz döndərəcəkdir.Ancaq hələ ki,indi oğlum bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim uşağa verir.
Başlıq kimi verdiyim situasiya bəlkədə hamıya tanışdır .C.Məmmədquluzadə iki alma hekayəsi.
Məndədə həmişə onlara qarşı ikrah hissi olmuşdur .Bir gün hətta dostuma zarafatyana demişdim-"Onların yerinə mən utanıram."Utanırdım çünki bir insan digər insandan heç bir şeyi ilə üstün deyil.Utanırdım çünki bir insan digər insandan nəyi ilə üstün ola bilər ki ,bir hələ pul versin .Üzünü turşudaraqda getsin.Əslində zavallı vəziyyətində olan da sizlərsiz.Bir insanın özünü alçatması əlinizdə gülüş vasitəsi olmuşsa əgər.
Amma bir gün həmişə gördüyüm və də insanlığın bu qədər alçalmasından utandığım yaşlı qadın oturmuş dilənirdi.Eqoist damarım tutmuşdu.Mən çıxıb gedəcəm,yəqin filosofiyanı oxuduğumdan qaynaqlanırdı.,belə deyirdim.Mağazaya girdim.Mənə lazım olanları almışdım su və s. Eyni səsi eşitdim yenə su deyirdi bu yaşlı qadın.Humanistliyim eqoistliyimə qalib gəlmişdi.Utandım bu dəfədə axı bu suya bəlkədə məndən daha çox ehtiyacı var deyə utandım.Dramatikləşdirmədim vəziyyəti suyu verdim və getdim.Əlimi bərkdən sixirdı bu qadın qorxdum .Çəkildim. Deyəsən sağ ol deyirdi.
P.S bəlkədə həmin qadın məni aldatdı,çünki həmişə o qadını görürəm.Həmişədə su və ya yemək istəyir.Aldadıldığımı da bilirdim .Amma gülümsəməsi məni də xoşbəxt etmişdi. Bizlər eqoistik bu vəziyyətdə belə öz mənfəətimizi güdürük.Bu səfər də UTANDIM.
Comments
Post a Comment