17-ci əsr xalq ədəbiyyatının nümunəsi olan Koroğlu istər orta ,istərsə də ali məktəblərdə tədris olunur.Koroğlunu araşdırarkən bəzi xarici yazarlar və jurnalistlər onun barəsində elə şeylər yazırlar ki,düşünürəm görəsən o haqqında eşitdiyimiz ,öyməklə doymadığımız xalq qəhrəmanımızdırmı?Polyak yazıçı qeyd edir "Koroğlu ermənini aldadaraq ona qalib gəlir.Nigar xanımı zorla qaçırdır". Son dövrlərdə mətbuatda onu dırnaqarası qəhrəman adlandırıb məsxərəyə qoyurlar.Keçəl Həmzənin qıratı qaçırması boyunda Koroğlu Qıratın dalınca gedərkən təsadüfən Dəyirmançı ilə rastlaşır .Sonda isə ünsiyyətləri alınmadığına görə onu öldürür.Onun min bir əzabla hazırladığı undan özünə yemək hazırlayır və s.və s. kimi mənfi xüsusiyyətlər qeyd edə bilərik.Bəzən yazırlar belə bir şəxsi qəhrəman adlandırmaq düzgündürmü ?O zalımlara qan uddurmaq əvəzinə özü zalımlıq edir.
Məncə bu məsələ araşdırılarkən ,hər hansı bir şeyi təbliğ etməmişdən qabaq onun mahiyyəti öyrənməlidir.Belə olsa idi xarici yazıçıların bu məsələyə bu cür yanaşması birmənalı qarşılanmaz ,lazımı cavablarını alardılar.
Nəticə-Biz özümüzə məxsus olan heç bir şeyə sahib çıxmırıq.Nə dilimizə,nə musiqimizə,nə də yüksək qiymətləndirilməsi lazım olan insanlara.
Yazıçı Anar haqlı olaraq deyir-"Bir gün görəcəyik ki,özümüz adlandırdığımız heç bir şey qalmayıb.
Comments
Post a Comment