Skip to main content

Posts

6 aydan sonra 23 yaş

23 Sentyabr. 6 aydan sonra 23 yaş . Bu şəhərin küçələrindən keçəndə, evimizə gedəndə, qonşu satıcıdan çörək alanda nə üçün burdayam sualı məni düşündürür. Küçədən keçəndə qadının”Nə gülməli vəziyyətdəyik” deməsi, hər xırda məsələ üçün deyinən insanlar, səhər mənzil başına çatmağına mane olan tıxac və s məni narahat etmir. Düzünü deyim nə vaxt gözümdən düşdün. O vaxt ki, aşsüzən kimi insanları seçib qarşıma çıxaranda. Bir daha başa düşdüm ki, biz bir-birimizə yadıq.

"Unudulmağım mənim vecimə də deyil"

Belə nəticəyə gəlirəm ki, insanlarımız çox incikdilər. Gedin toz basmış auditoriyalarda dərs deyən bir pedaqoqu danışdırın, görün nə qədər incikdi. Yəqin indi düşünəcəksiz hər hansı birinin incik olması kimin nəyinə lazımdır. İnandıram ki, o hər hansı biri dediyinizin bizim yaşımızdan da çox həyat təcrübəsi var. Yəni deyəcəyim insanlar bir-birilərinin əməyini dəyərləndirməyi bacarmalıdırlar.Bu gün pulun, vəzifən ola bilər. Sabah isə unudulmağın inan sənin özünə də pis təsir göstərəcək. Ətrafımızdakı insanları heç olmasa dinləyək, başa düşməyə çalışaq. Yoxsa bir gün sən də toz basmış auditoriyalarda yaxud bunun lap pis versiyasında unudula bilərsən. 

Haqlısansa, fikrimi sübutlarınla dəyiş

Əgər sən fikrimi dəyişmək üçün heç nə etmir, bunu mənim öhdəmə buraxırsansa deməli mən fikrimin üstündə qalmaqda haqlıyam. Sən haqlısansa fikrimi sübutlarınla dəyiş.  Heç də qarşındakı geri zəkalı, aldadılmağa hazır olan biri də deyil. Və yaxud sənin olduğun status mənim fikrimi dəyişməyə sövq edə bilməz. Sən sadəcə qarşındakına bəzədilmiş, şablon sözlər verə bilərsən. P.s arada olur

“Xoşbəxt ürəklə ölürəm”

-İnsanların öz ağılları yoxdur ki, kütlələrin arxasıyca gedirlər. Tək də kütlələrə qarşı çıxa bilərsən. -Əgər sənin yaşadığın cəmiyyətdə hamı eyni nəsəni ritmik şəkildə edirsə, sən də kənarda qalmayım, aşda duzum olsun deyib onlara qoşulursan. İnan kənarda qalmaq olmur. 90-cı illərdə hamı nəsə etməyə çalışırdı. Mən isə qardaşımın uşaqlarına baxmalı idim. Onların təhlükəsizliyinə görə mən cavabdeh idim. Eyvana çıxıb ətrafa baxmaq istəyirdim. Elə bunu etmişdim ki, “Kişi deyilsən evdə oturmusan” sözlərini eşitdim. İnanın üstümdə nəsə məsuliyyət olmasaydı mən də həmin hadisələrin aktiv iştirakçısı idim. Bəlkə də həlak olmuşdum. Kütlə psixologiyası deyilən anlayış var. Həmişə dediyim  sözlərimin üstündən qara xətt çəkirəm. Ona görə xətt çəkmirəm ki, mən haqlı deyiləm, ona görə çəkirəm ki, bu gün izlədiyim sənədli film fikirlərimi dəyişdirməyə kömək oldu. Həmin sənədli film yaxın silahdaşının dediyi kimi “Səni çox sevirəm, çünki sən həm böyük, həm də sadəsən. Bu ancaq dahilərə məxsu...

Üzündə xoş təbəssüm olan xəstə uşaq

Hər tərəfi səsi bürümüşdü. Bu səs fikirlərimin nizamsızlığına səbəb olurdu. Hətta çevrilib sakit durun xahiş edirəm demək istədim də. Sonra eyni səsin eyni tonla davam etdiyini eşidən də dözmədim çevrilib baxdım. 8-9 yaşlarında, saçlar qırxılmış, sözləri doğru- dürüst də ifadə edə bilmir. Hiss edirəm ki əzab çəkir. Amma üzündə bütün bunlara baxmayaraq xoş təbəssüm . Hətta bir ara eyni təbəssümlə yaşlı kişiyə gəl yanımda otur deyə təklif də etdi. Valideynini də incidirdi, amma ana da o qədər səbr var idi ki, bəlkə də uşağa stimul verəndə həmin ana idi. Yol boyu bunları fikirləşdim. Sonra evə getdim həmin ananı, xəstə uşağı unutdum.

Hörümçək və ağcaqanad

Yarı uçuq vəziyyətdə, divarları toz basmış hamamda çimərkən gözü ağcaqanad ilə hörümçəyə sataşdı. Yayın bu eybəcər istiliyi özü ilə insanlara faydasız olan həşərat tiplərinin də canlanmasına səbəb olmuşdu. Öz-özünə düşündü "İnsan ilə bu məxluqlar daim harmoniya şəraitində yaşayırlar. Şikayət də edə bilmirlər, çünki bunun üçün insan xilqəti kimi nə ağızları, nə də sözləri var”. O başa düşmürdü ki, bu iki fərqli həşəratı bir-birinə nə bağlaya bilər.Bəlkə ətrafdakı digər ağcaqanad sürüsünün ona laqeydliyimi, yoxsa hörümçəyin ona olan vəhşi instinktimi onları yaxınlaşdırırdı. İsti suyun altında bu iki eybəcər məxluqu düşünmək ürəyini sıxırdı, amma sonunu gözləyirdi, hətta işini yekunlaşdırmışdı, amma ləng hərəkət edərək işin sonunu gözləyirdi. Amma təəssüf ki, heç bir şey onun istədiyi kimi olmamışdı. Hörümçək vəhşi aclıq ehtirasını boğmuş, ağcaqanada azadlıq vermişdi

TARİX YARADANLAR

            1923-c ü il sentyabrında M.Ə.Rəsulzadə İstanbulda mühacirət mətbuatının əsasını qoyur.Jurnal isə "Yeni Qafqasiya" adlanır.Onun Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan Qolubkaya ünvanladığı məktubda mühacirət mətbuatı problemlərinə toxunur və yazırdı: "Siz haqlısınız ,pul azdır,amma çox lazımdır.Pulları havaya sovurmaq lazım deyil.Gördüyünüz kimi ,biz onları havaya sovurmuruq".(Az.mətbuat tarixi antologiyası-mühacirət dövrü,3-cü cild,səh 132). Özü İstanbulda ,ürəyi isə Vətəndə olan Rəsulzadə Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsi üçün  "Yeni Qafqasiya" jurnalında çağırış xarakterli məqalələr yerləşdirirdi. O,Polşa rəsmiləri ilə olan məxfi yazışmalarının birində məsələ ilə əlaqəli yazırdı."Tərəfimdən həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə baxmayaraq ,mən artıq nəinki "Yeni Qafqaz" jurnalında bir sıra çağırışlar yerləşdirmişəm, hətta işin müdafiəsi üçün məqalələr də yazmışam.(Az.Mətbu...

Zibillik üçün olan informasiyalar

Əgər bir zamanlar insanlar informasiya almağın aclığını çəkirdilərsə ,bu günlərdə  isə onlar lazımsız məlumatlarla beyinlərini doldurmaq istəmirlər.Yəni onlar o qədər boldur ki,seçim şəxsin özünə buraxılır.Küçədə getdiyin yerdə belə yeni hadisənin şahidi olursan   eşidirsən. Bəzən "Məlumat Bürosu" xarakteri daşıyan internet ,TV ,qəzetlərdən  uzaq qaçmaq istəyirsən. Həyatda yaşaya  ,baş çıxara biləcəyin qədər  bilməlisən.Bütün bunlardan qaçmaq isə yuxarıda nümunə göstərdiyim filmin epizodunu xatırladır.Ata xaricdə təhsil almış ,hələ də oxumaq sevdasında oğluna -Yaşaya biləcəyin qədər bil deyirdi. Umumən çox bilmək ziyandır.Ziyan olan əlbəttə təhsil deyil.Özünü yeni lazımsız informasiyanı bilməyə məcbur etməkdir.Məsələn hansısa fikri kimsə nə vaxtsa deyib,kimsə nə vaxtsa şedevr  musiqi bəstələyib.Beləliklə onların kopyasını oxumaq ,dinləmək lazımsız məlumat kimidir.Misalçün bəzən sual verirlər -Bizimkilərdən kimləri oxumusan ? Mütailə etdiklərimi...