Skip to main content

Posts

They are our national composer .Please keep calm and listen.So amazing!

Fikrət Əmirov Lay Lay Fikrət Əmirov Mən səni araram Tofiq Quliyev -Vals Sənsiz romansı Yeddi Gözəl

Evrika! Evrika! Evrika!

Bütöv otaqda sənə zillənmiş eyni yüzlərcə göz.Soyuq,qaranlıq  dəhlizlər.Hər kəsində burda bir məqsədi var həqiqəti olduğundan fərqli tərzdə vermək.Azad sözü boğmaq .Bir az sıxılıram düzü.Yox bu dəfə üstlərinə gedəcəm saxtakarcasına gülümsəyəcəm,onlar kimi .Onlar necə fəallıq göstərirlərsə elə məndə bu işdə canfəşan olduğumu sübüt etməliyəm.Bilirəm fikirlərim gizlilikdən çıxdı hər kəs nə düşündüyümdən indi halidir))) Evrika!Evrika!Evrika!son günlər yarıda qalmışdın tamamlamağıma çox az qalıb səni.Səndə bunları tapdım bu cümlələri .O cümlələr ki ,hər gün bəlkə də yüz ,min ,bəlkə də milyon dəfə dir ki eşidirəm.Hardasa fikir kimi də keçmisən ağlımdan -Sən bu cümlələrdən ibarət idin. Söhbət Corc Oruellin 1984 -cü il əsərindən gedir. 1-İt mırıltısını xatırladan vəhşi  ritm  üzərində köklənmiş mahnı musiqidən başqa bir şey deyilsən! 2--Sən yalnız qurşaqdan aşağı üsyançısan! 3-Vidalaşma ərəfəsində bəlağətli sözlər deməyi xoşlamıram! 4- Anlamamaq xoşbəxtliyi onları dəli ol...

İnsan sərrafı olmaq

insanlar meyvə belə seçərkən onun hər yerini nəzərdən keçirdir sonra alır.Yad insanlarla ünsiyyət də buna bənzəyir.Amma tək fərqi var,o aldığın meyvə əgər çürüksə dəyişmək çox asandır.Amma insan çürük çıxanda isə alıcı üçün xəyal qırıqlığı qalır ki bunu da yüz belə insan gəlsə sağalda bilməz.Çünki o çürük insan səndə izlər qoyub ,saxta düşüncəsini sənə də artıq yayıb.Müşahidələrim çoxdur amma insanları ayırd etmək də çətinlik çəkirəm.Hansı yaxşıdır ,hansı təhlükəlidir deyə.Bəh bəhlə təriflədiyim insanların aqibəti sadəcə çürük meyvəyə bənzəyir.Deməli ətrafını düzgün seçə bilməyən insanlar həmişə boşu-boşuna çürük meyvəni istəmədən alan alıcı təəssüfü yaşayacaqlar.Bu porblemin tək həlli var.Ağına -bozuna baxmadan hər kəs ilə eyni,sistemli münasibət.Hər kəs həddini bilməlidir

Badi-Kubə

Deyirlər Bakı bütün şəhərlərdən ən yaxşısıdır.Bilmirəm nədəndirsə,kim hansı şəhərdə doğulub böyüyübsə,o yeri də ən yaxşı hesab edir. Türklər də İstanbulu heç bir şəhərə dəyişməzlər.Onları deyə bilmərəm nə səbəbə bu şəhəri belə yüksək qiymətləndirirlər.Amma burda ola bilərlər çoxdur-memarlıq abıdələrinə görə,Şəhərin özünəməxsus füsunkarlığına görəmi,yoxsa yunanlar üzərində olan qələbənin məğrurluğumu buna səbəbdir. Amma Bakını yaxşı adlandıranlar ya onu bu yaxınlarda görməyib,ya da başqa şəhərdə olmayıb ki müqayisə imkanı olsun.Ölkəyə gələn turistlər də ölkədən məmnun halda bu sözlərlə ayrılırlar-"Mən 10-15 il olardı ki Bakıda olmamışdım,amma indiki yenidənqurmanı ,abadlığı görəndə könlüm açıldı."Çox gülüncdür ki ,bu sözləri deyənlərə isə şəhərin ən abad yerlərini göstərirlər nəticədə isə təəssurat yüksək səviyyədə olur.Y a da özlərinə məxsus əda ilə yaxşıları görür ,pislərin adlarını belə çəkmirlər.Bu məsələnin bir tərəfi idi.Qayıdaq adi Azərbaycanlı kimi şəhərimiz haqda dü...

"Bir gün görəcəyik ki,özümüz adlandırdığımız heç bir şey qalmayıb"

17-ci əsr xalq ədəbiyyatının nümunəsi olan Koroğlu istər orta ,istərsə də ali məktəblərdə tədris olunur.Koroğlunu araşdırarkən bəzi xarici yazarlar və jurnalistlər onun barəsində elə şeylər yazırlar ki,düşünürəm görəsən o haqqında eşitdiyimiz ,öyməklə doymadığımız xalq qəhrəmanımızdırmı?Polyak yazıçı qeyd edir "Koroğlu ermənini aldadaraq ona qalib gəlir.Nigar xanımı zorla qaçırdır". Son dövrlərdə mətbuatda onu dırnaqarası qəhrəman adlandırıb məsxərəyə qoyurlar.Keçəl Həmzənin qıratı qaçırması boyunda Koroğlu Qıratın dalınca gedərkən təsadüfən Dəyirmançı ilə rastlaşır .Sonda isə ünsiyyətləri alınmadığına görə onu öldürür.Onun min bir əzabla hazırladığı undan özünə yemək hazırlayır və s.və s. kimi mənfi xüsusiyyətlər qeyd edə bilərik.Bəzən yazırlar belə bir şəxsi qəhrəman adlandırmaq düzgündürmü ?O zalımlara qan uddurmaq əvəzinə özü zalımlıq edir. Məncə bu məsələ araşdırılarkən ,hər hansı bir şeyi təbliğ etməmişdən qabaq onun mahiyyəti öyrənməlidir.Belə olsa idi xarici yazıçıl...

Musiqi və mən

Musiqi insanların daxili hissləri ilə və də insanların elə özləri ilə birbaşa olaraq bağlıdır.Kimsə mənə filan musiqini dinlə desə ,qəribədir melodiya məhz onu ərsəyə gətirən ilə deyil də,elə həmin insanın adı ilə bağlanır.Nə vaxtsa təkrar-təkrar onlara qulaq asanda həmin insanlar yadıma düşür,və də həmin an nələr hiss etdiklərim.İnsanların sözləri,simaları yaddaşıma həkk olunur məhz melodiyalarda onları daha da kəskinləşdirir.Əgər kimsə musiqiyə ovqatını dəyişmək üçün qulaq asırsa,Mən isə həmin insanları qeyri-ixtiyarı olaraq yada salmaq üçün bunu edirəm.Belə bir sual doğa bilər?Sən keçmişin ilə yaşayan insansan -Qəti deyə bilərəm ki ,bu əsla belə deyil.Aşağıdakı melodiyaların isə mənim üçün xususi yeri olub-Təbii ki insanların da.

Mənim şəhərim konsepsiyası

Qayda-1 Bunun üçün təmiz olmalısan Qayda-2 Qarmaqarışıqlıq içində belə rahatlıq verməlisən mənə Qayda-3 Füsünkar olmamalısan çünki səni qısqana bilərəm,amma eyni zamanda insanlar sənə qucaq açmağa maraqlı olmalıdırlar  Qayda-4 İnsanlarının üzü gülməlidir Qayda-5 Tarixin canlı gözümün qabağında olmalıdır Qayda-6 Səni atıb getməyi düşünməməliyəm Qayda-7 İnsanların mədəni olmalıdır. Qayda-8 Sənin öz havan olmalıdır ki ,səni digər şəhərlərdən seçə bilim. Qayda -9 Hara getsəm darıxım-sənin üçün ,şəhərim üçün Qayda -10 Özümü heç yerdə olmayacaq qədər mənəvi azad hiss edim Nəticə-Bəlkə buna görə mənə həmişə yad olmusan ,təkcə səni sənə həsr olunmuş melodiyalarda sevə bilmişəm

Bir damcı su

20 -ci əsr mənzərəsi-Filosofiya aləminə gəldikdə,qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər düşsünlər və insaniyyət mütəxəsisləri bu cür məsələni nə tövr həll edirlər etsinlər,ancaq mənim bir balaca oğlum iki almasının birisini bir yetim uşağa verdi. Və ola bilər ki, oğlum da yekələndən sonra ,bir para alimlərin küçədə görəndə mənim kimi üz döndərəcəkdir.Ancaq hələ ki,indi oğlum bu işləri başa düşmür və onunçun  da iki almanın birini yetim uşağa verir. Başlıq kimi verdiyim situasiya bəlkədə hamıya tanışdır .C.Məmmədquluzadə iki alma hekayəsi. Məndədə həmişə onlara qarşı ikrah hissi olmuşdur .Bir gün hətta dostuma zarafatyana  demişdim-"Onların yerinə mən utanıram."Utanırdım çünki bir insan digər insandan heç bir şeyi ilə üstün deyil.Utanırdım çünki bir insan digər insandan nəyi ilə üstün ola bilər ki ,bir hələ pul versin .Üzünü turşudaraqda getsin.Əslində zavallı vəziyyətində olan da sizlərsiz.Bir insanın özünü alçatması əlinizdə gülüş vasitəsi olmuşsa ə...