Skip to main content

Evrika! Evrika! Evrika!


Bütöv otaqda sənə zillənmiş eyni yüzlərcə göz.Soyuq,qaranlıq  dəhlizlər.Hər kəsində burda bir məqsədi var həqiqəti olduğundan fərqli tərzdə vermək.Azad sözü boğmaq .Bir az sıxılıram düzü.Yox bu dəfə üstlərinə gedəcəm saxtakarcasına gülümsəyəcəm,onlar kimi .Onlar necə fəallıq göstərirlərsə elə məndə bu işdə canfəşan olduğumu sübüt etməliyəm.Bilirəm fikirlərim gizlilikdən çıxdı hər kəs nə düşündüyümdən indi halidir)))
Evrika!Evrika!Evrika!son günlər yarıda qalmışdın tamamlamağıma çox az qalıb səni.Səndə bunları tapdım bu cümlələri .O cümlələr ki ,hər gün bəlkə də yüz ,min ,bəlkə də milyon dəfə dir ki eşidirəm.Hardasa fikir kimi də keçmisən ağlımdan -Sən bu cümlələrdən ibarət idin.
Söhbət Corc Oruellin 1984 -cü il əsərindən gedir.
1-İt mırıltısını xatırladan vəhşi  ritm  üzərində köklənmiş mahnı musiqidən başqa bir şey deyilsən!
2--Sən yalnız qurşaqdan aşağı üsyançısan!
3-Vidalaşma ərəfəsində bəlağətli sözlər deməyi xoşlamıram!
4- Anlamamaq xoşbəxtliyi onları dəli olmaqdan xilas edirdi!
5-Qəbul etdiyi qərar, canında həyat eşqi ola-ola ölümə getməyə bənzəyirdi.
6--Heç zaman qaranlıq olmayan yer-deməli işıq!
7-Yalanın məhz özünün də iştirakı ilə həqiqətə çevrilməsi fikri onda yerin ayaqları altından qaçması təəssüratını yaratmırdı
8-Buğda dənəsi həzm olunmadan quşun pətənəyindən çıxdığı kimi, udduqları da bu insanların yaddaşlarında özündən sonra heç bir çöküntü qoymadan unudulurdu. 
9-Əgər cəmiyyətin maddi tələbatları ödənilərsə ,o zaman onlar savadlanmaq eşqinə düşəcəklər ki ,bu da heç kəsə lazım deyil
10-Əllinci illərin nüvə müharibələrinin nəticələrini aradan qaldırmaq isə heç vaxt mümkün olmayacaq.
 Hər bir sovet vətəndaşının gördüyü ,eşitdiyi amma deməyə cəsarəti olmadığı həqiqəti elə onlardan biri kimi verməyi bacarıb ingilis yazıçı.Sanki onların içlərində olub ,rus təfəkkürü ilə fikirləşib.Onlara onların özlərini tanıtdırıb.Amma o da düzgündür ki ,bir cəmiyyətin əyriliklərini bir başqası asanlıqla kənardan qiymətləndirə bilər.Xüsusilə redaksiya mühitini əsərə daxil etməsi ilə göstərmək istəyir ki ,bir ölkənin mətbuatı azad sözü boğursa ,işçiləri də bunları bilə-bilə həqiqəti saxtalaşdırırsa deməli o cəmiyyətin gələcək üçün ancaq normalar göndərə bilər.Son onillikdə baş verənləri isə isə hər kəs xatırlasa da ,amma unudulub keçmişə gömülüb .O hadisələr heç zaman baş verməyib.
Məqsədim əsərə şərh vermək deyil.Amma çox təəssüfləndim ki ,gördüklərim ilə oxuduqlarım bu dəfə üst-üstə düşdü .Təəssüfləndim ki ,əsərin yazılmasından bir əsr keçir amma yenə də belə cəmiyyət gözümüzün önündə qalır.Biz onu hər gün yaşayırıq hardasa.Bilmirəm əsərdə ki kimi gizli QARDAŞLIQ təşkilatı varmı?Varsa mən ora üzv ola bilərəmmi?Ya da bunun üçün müəyyən olunmuş kriteriyalarım azlıq edər deyə fikrimdən daşınıram .YAŞASIN XOŞBƏXT GƏLƏCƏK!  

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...