Möcüzələr bizə ümid verir və mümkünsüzü mümkün edir. Amerikalı aktyor Morgan Freeman-ın National Geographic-də yayımlanan “The story of God” seriyasından 3-nə baxmışam. Onlardan biri yaxşılıq, digəri pislik və nəhayətində möcüzələrin təsadüf, yoxsa Allahın izni ilə olması ilə bağlı idi. Hər 3 seriyada aktyor müxtəlif dinlər; islam, xristian, iudaizm üzərindən bir mövzunu mütəxəssislər ilə birgə araşdırır. Möcüzələr seriyasından bəzi yadda qalan fikirləri yazıram:
- Mən gənc olanda pnevmoniya xəstəliyinə tutulmuşdum, ölə bilərdim, amma möcüzəli şəkildə sağaldım. Filmləri hər zaman sevirdim, bir gün gəldi artıq filmlərdə oynayırdım. Mən bunu etmişdim. (Morgan Freeman)
- Qədim Çin inancına görə, insanlar bir-biri ilə əlaqəlidirlər. Qədim Çində meydana gələn daoism dininə (vahid və real bir həyatın olduğuna inanırlar) görə, quşlar əslində uçmurlar, balıqlar üzmürlər, onları külək və su hərəkət etdirir. Bu isə kainatda hər şeyin əlaqəli olduğu inancından qaynaqlanır.
- Mən göydələndə şüşələri təmizlik işinə baxırdım. 16-cı mərtəbədən yerə düşdümç 3 həftə komada qaldım, amma indi burda sizinlə (Morgan Freemana deyir) söhbət edirəm və tam sağlamam. Amma bədbəxlikdən həmin qəzada ən yaxın dostum olan qardaşımı itirdim. O məndən kiçik idi və hərdən düşünürəm, Allahın mənim üçün bundan sonrakı planı nədir? və Niyə qardaşım sağ qalmadı?
- Morgan Freeman: “Bir çox dinlər daha çox möcüzə ağırlıqlıdır”.
- Möcüzələr, kənarda deyil, bizim beynimizdə başlayır. Əgər biz ona inansaq, o reallaşacaq. (Morgan Freeman)
Comments
Post a Comment