Skip to main content

Robot kimi yaşamaq, yaxud “VAXT ÖLDÜRMƏK”

 Amerika və Qərbdə vaxtın idarəedilməsi ilə bağlı 2 cür yanaşma var, qulaq asdığım podkastlarda bir qismi bu fikirdədir ki, günü lazım olduğu qədər məhsuldar keçirmək lazımdır. Bir qismi isə bu fikirdədir ki, biz insanıq, vaxtı idarə edərək yaşasaq robotdan bir fərqimiz olmayacaq. Ancaq mən birinci fikirdə olanların tərəfindəyəm. Məsələn, Portuqaliya əsilli, məşhur futbolçu Cristiano Ronaldo müsahibələrinin birində deyir ki, “Mən evə gəlirəm, bir çox işlərdən sonra ailəmlə zaman keçirirəm, daha sonra 30 dəqiqə idmanla məşğul oluram. Deyə bilərəm ki, gün ərzində bir çox işlər ilə məşğul oluram, amma özümə ayırdığım yalnız 30 dəqiqə mənim günümü daha dəyərli edir”. Həmin zaman müsahibəsində deyirdi ki, “Elə buna görə də, 36 yaşım (hazırda 37) olsa da, hamı elə bilir ki, 28 yaşındayam”.  Öz təcrübəmdən deyə bilərəm ki, hər gün 30 dəqiqə idman, qısa gəzinti, ən azı 3-4 səhifə kitab oxusanız (amma bunu hədəflədiyiniz dildə edin) və bunu hər gün etsəniz uzunmüddətli dövrdə, həm insanlarla söhbət üçün kifayət qədər mövzunuz olacaq, həm də xarici görünüşünüz də yerində olacaq. 

Zaman çox vacibdir, ancaq təəssüf ki, bizim kimi cəmiyyətlərdə “VAXT ÖLDÜRMƏK” anlayışı var. İnsanlar vaxtını “Candy Crush Saga” oynamaqla, heç bir dəyər qatmayan türk seriallarına baxmaqla, dedi-qodu etməklə, söhbət edən zaman belə hər kəsin öz EQO-sunu və çox bildiyini nümayiş etdirən danışmaqla (əslində dinləməli və analiz etməliyik) keçiririk. Hələ WhatsApp-da Statuslar bölməsində kontakt siyahısındakıların tək-tək statuslarına baxıb, onlara rəy yazanları demirəm. Bir insanın zamanı necə “kiçik bir pəncərəyə” sığa bilər axı? Həmçinin, sizinlə vaxt öldürmək istəyən insanları ilə də elə indicə yollarınızı ayırmağı məsləhət görürəm. Sizə dəyər qatmayan heç bir insana zaman və enerjinizi xərcləməyin. Bir yerdə oxumuşdum biz vaxt və enerjimizi yanlış insanlara xərcləməməliyik, çünki düzgün olanlara nə vaxtınız, nə də enerjiniz olacaq.  

Ən maraqlı isə budur ki, vaxtınızı özünüz ilə keçirsəniz, məsələn, dedi-qodu əvəzinə telefonunuza podkast yükləyib, gəzərək qulaq assanız daha çox qazanacaqsınız. Və bizim cəmiyyət belə insanları da sevmir. 

Bir bəlkə də həyatınızı dəyişə biləcək fikir eşidəcəksiniz, eləcə də fiziki və mental sağlamlığınız yerində olacaq. Yəni, eyni ayda 2 faydalı iş görmüş olacaqsınız. Əlbəttə, biz hamımız insanıq, problemlərimiz olur, həmin gün nəsə etmək istəməyə bilərsiniz. Yaxud bütün günü “junk food” yeyib yatmaq istəyə bilərsiniz. Bu normaldır, mən də bunu edirəm, ancaq bu 1 ayın 3-4 gününü keçmir. Bir tövsiyəm isə budur ki, çalışın faydalı işləri vərdişə çevirəsiniz, məsələn, dişlərinizi hər gün fırçaladığınız kimi.    


Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...