Skip to main content

Niyə şikayət edirik?

Şikayət etməklə qısa zamanda qəzəbimizi sovuduruq, ancaq uzunmüddətli dövr üçün isə bu insan sağlamlığına ziyan vurur. İnsanlar niyə şikayət edir sualına ən yaxşı cavabı “Hidden Brain” podkastında veriblər. Şikayət edənlər daha çox onlara dəstək verən insanları sevirlər. 

“Bir dəfə evə gəldim və atama hazırda olduğum iş yeri ilə bağlı şikayət etməyə başladım. Atam mənə qulaq asdı və dedi, işdən çıxırsan? Mən isə yox dedim. O, isə cavabında dedi ki, əgər işdən çıxmaq ilə bağlı bir planın yoxdursa, o zaman şikayət etməkdən daha çox baş verən hadisələri analiz etməyə və həll etməyə çalış”.

Bu mənim üçün çox böyük dərs oldu. Zarafat edərək deyir ki, belə qərara gəldim ki, daha atamdan emosional dəstək almayacağam.:) Əlavə edir ki, başa düşdüm ki, bu iş mənə lazımdır və pul qazanmalıyam və ona görə də həll yolu tapmağa çalışdım.

“Bir dəfə isə bir menecerimiz ilə bağlı problemim var idi. İkimiz də bir-birimizə qarşı olan neqativ münasibəti büruzə verməsək də amma nəsə düz getmirdi. Yenə ətrafdakılara danışır və dəstək almağa çalışırdım və onlar da mənə əksinə dedilər ki, bəlkə də o da özünə görə haqlıdır. Amma ortada olan neqativ münasibəti həll etdikdən sonra bu mənim karyerama müsbət təsir etməklə yanaşı, gələcəkdə çox yaxşı dost və hətta biznes partnyor qazandım”.



“Hidden Brain” podkastında deyilir ki, baş verən neqativ hadisələr ilə bağlı olaraq üçüncü tərəflərə şikayət etmək həmin vəziyyəti yenidən və yenidən yaşamaq deməkdir. Ona görə də üstündən ötüb keçməkdə fayda var”.

Sonuncu halı özümdə də müşahidə etmişəm, neqativ hadisə baş verəndə onu üçüncü tərəflərə danışmıram, çünki bu mənə eyni situasiyanı yenidən və yenidən yaşamağa gətirib çıxarır ki, bu da mənim (bizim) mental sağlamlığımız üçün zərərlidir. 

Həmçinin podkastda deyilir ki, şikayətin 2 növü vardır və biri nəticəyə fokuslansa da digəri sadəcə qəzəbi basdırmaq üçün şikayətdir. Əgər çox şikayət edən birisinizsə, buna həll yolu isə danışmağa başlamamışdan öncə bir neçə saniyə düşünmək və nəticələrini götür-qoy etmək lazımdır.  

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...