Skip to main content

“İtirəcəyiniz bir şey yoxdur”

 TED çıxışlarının ən üstün tərəfi odur ki, orda çıxış edən insanlar həyatlarında “böyük bir hadisə” yaşayıblar. Ondan dərs alıblar, çıxış yolu tapıblar və yola davam edib, uğur qazanıblar. TED-də çıxış edən fərqli həyat və təcrübəyə malik olan insanların hekayələrini dinləmək daha məntiqlidir. Bu gün qulaq asdığım bu 3 TED çıxışı çox təsirli idi. Bu insanların həyatları bir gün, müəyyən saatdan sonra dəyişib. Belə çıxışlarda eşidə bilərsiniz, filan gün, filan saatda, filan hadisə məni dəyişdirdi. 

1-ci TED-də qız Böyük Britaniyaya köçür, həmin zaman isə ölkəsində müharibə gedir. O, deyir atam xəstə idi, mənə isə evdən qayıt gəl deyirdilər. Londonda isə immiqrant kimi getdiyimdən məni ölkədən çıxarmaq istəyirdilər. Londonda ikən hakim məndən son demək istədiyin nədir? sual etdikdə, ona “Mənim ölkəmə qayıtdıqda öləcəyim vecimə belə deyil” idi. O, deyir ki, Londonda heç nəyim yox idi, dili yaxşı bilmirdim, ailəmdən hələ də iqtisadi asılılığım var idi. Amma özümə belə bir sual verdim, “İtirəcəyim heç bir şey yoxdur, davam etməliyəm”. Daha sonra Londonda iş tapdım, evim var idi və dostlarım”. Spiker deyir, “itirəcəyiniz heç bir şeyin olmamağı” düşüncə tərzi sizi istədiyiniz həyatı yaşamağa kömək olacaq. TED-ə baxmaqla, qızın danışan zaman fikir və çoşğusunu hiss edəcəksiniz. 


2-ci TED-də isə özünəinam məsələsindən bəhs edir və bir nümunə ilə əsas fikri çatdırmaq istəyir. Həkim deyir ki, mən məktəbdə oxuyan zaman, məni çağıran məktəb direktoru: “Səndən bir şey olmayacaq, bu məktəbi qurtarmağın belə böyük uğur olar idi”. Həmin gün evə getdim, hər kəsə qarşı çox qəzəbli idim. Daha sonra sakitləşəndə bu düşüncəyə gəldim ki, mən ətrafda deyilən hər bir fikri dəyişə bilmərəm, amma öz fikir və düşüncələrimi, hərəkətlərimi nəzarətdə saxlaya və yeni addımlar ata bilərəm. Bir gün bir siyahı tutdum və hər şeyi ora yazdım.


3-cü videoda isə spiker deyir, bir gün müdir məni çağırdı və artıq məni işdən çıxardığını dedi. Həmin gün evə getdim saatlarla yerimdən çıxmadım. Daha sonra komfort zonadan çıxmağın mənim üçün nə qədər vacib olduğunu gördüm, bu mənə yeni qapılar açdı və öz biznesimi qurdum. Ən yaxşı qərarlar uğursuz hiss etdiyiniz zaman qəbul edilir.

Qeyd: Belə videolara qulaq asmaq və kitab oxumaq (bunları edən zaman isə hədəflədiyiniz dili seçin) sizin dünyagörüşünüzə böyük təsir edəcək. Doğru bir mühitdə insanlara demək istədiyiniz daha çox sözünüz olacaq. Hər nə qədər müəyyən peşə və ixtisasa sahib olsanız da sirr deyil ki, 90%-miz iş prosesində illərlə rutin işləri görməklə məşğuluq. Məsələn, ötən gün yüksək vəzifələrdə işləyən qadınların olduğu bir mühitə düşmüşdüm. Bu qadınlar özlərinə baxırlar, zərifdirlər, sahələri haqqında məlumatlıdırlar, ƏMMA dünyagörüşlü deyillər. Müzakirə üçün sözləri yoxdur, elə bu anda SİZ onlardan seçiləcəksiniz. 100% əmin ola bilərsiniz. 

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...