Bəzən belə bir fikir yaranır ki, bəli, ölkəmdə kifayət qədər iş gördüm, özümü təsdiqlədim, başqa bir ölkəyə gedib yeni təcrübələr öyrənib ölkəmə qayıda, yaxud qalıb sıfırdan bir həyat qura bilərəm. Araşdırmamız nəticəsində faydalı ola biləcəyini düşündüyümüz və suallarınıza cavab olacağını zənn etdiyimiz bir məqalə hazırlamaq qərarına gəldik. Ancaq öncədən bildirək ki, gözlənilən kimi siyahıdakı birincilərə Avropa ölkəsi daxil olmayıb. İnsanların 2-ci bir həyat üçün bu ölkələri seçməyinin əsas səbəbi budur ki, orada əlverişli vergi sistemləri vardır və biznesə başlamaq üçün yeni fürsətlər açır. Öncədən bildirək ki, psixoloqlar da bu fikirdədirlər ki, xoşbəxtliyi hər yerdə tapa bilərsiniz, hətta öz yaşadığınız küçəni, qonşuları dəyişməklə də buna nail olmaq olar. Qısası, xoşbəxtlik hər yerdədir. Bu gün dünya üzərindəki bir sıra milyarderlər də məhz belə əlverişli biznes mühiti olan ölkələrdən ilhamlanıblar. 1. Baham adaları Baham gəlir vergisi olmayan ölkələrin sı...