Skip to main content

Posts

Biz “qarğışı” sevirik

“Allah onun bəlasını versin”, “Allaha tapşırmışam onu” bu sözləri hamımız tez-tez eşidirik. Həmişə başa düşməmişəm ki, insanlar bir-birilərinə niyə və necə qarğış edə bilirlər. Özü də lap ürəkdən. Axşam saat 02:00. Yata bilməyib, pəncərədən baxırdım. Qadın çox ürəkdən kiməsə qarğış edirdi. Düzdü ola bilər ki, kimsə sizə badalaq gələ bilər, yaxud, müxtəlif çirkinlik və eybəcərlik, haqsızlıqla üzləşə bilərsiniz. Amma bu ürəkdən qarğış etməyə də əsas vermir. Bəlkədə biz də nə vaxtsa bu sözləri istifadə etmişik, amma məsumca. Dildə  “Allah bəlasını versin deyib” , sonra tez dediklərimizə görə, utanmışıqda. Ona görə, əbəs demirlər ki, bizim bütün istəklər qəbul olunsaydı, hər şey çox pis ola bilərdi. Utanmaq demişkən biz “Allahı” yalnız bir məqamda yada salırıq: “Ətrafımızda insanları artıq ölmüş hiss etdikdə”. Qarğış etməyin, acıq verməyin, yoxsa bu hisslər bizi daha tez qocaldacaq. 

Axı biz Avropalı deyilik?

Biz Avropada teatra kofe ilə əlimizi qolumuza salladığımız kimi girsək, bu aktyorlara qarşı hörmətsizlik ola bilər. Amma Azərbaycanda bunu rahat şəkildə etmək mümkündür. Axı biz Avropa deyilik? Əksinə prosesə    məsələn Avropanın müəllim-tələbə münasibətlərinə baxdıqda hər iki tərəf özünü çox sərbəst şəkildə apara bilir.   Bu zaman Avropalılara bu münasibət heç də pis təsir göstərmir. Axı pedaqoq qabağında çay içməyin nəyi pisdir. Yenə də axı biz Avropalı deyilik sualı yaranır. Bu misalları çəkməyimdə məqsədim bizim sərbəstlik anlayışını yanlış məqamlarda doğru bildiyimiz ilə bağlıdır. Məsələn biz bilməliyik ki, təhsildə müəllim tələbə münasibətləri sərbəst olmalıdır, eyni zamanda biz   onu da   bilməliyik ki, mədəniyyət adı qoyulmuş yerlərə kofe və s ilə girmək, aktyorların gözünün içinə baxıb kofeni yudumlamaq olmaz.

"HƏYAT EŞQİ"

Cek Lendonun qısa bir hekayəsi var. Bu hekayə “Həyat eşqi” adlanır. Həmin hekayədə qəhrəman çıxılmaz vəziyyətdədir, ölüm onu hər an haqlaya bilər. Qarşısına xəstə, qana susamış canavar çıxır. Düşünür və deyir: Ölə bilərsən, amma bu ölüm daha şərəfli olmalıdır (xəstə canavarın əlində ölüm istisna olmalıdır). İndi vəziyyət o yerə çatıb ki, bizlər doğmalarımızın başına hər an nəsə gələcək deyə qorxuruq. Məsələn bu gün gördüyün biri  haqqında sabah eşidə bilərsən ki, həmin insan həyatda yoxdur. Təəssüf hissi ilə ölüm səbəbini soruşarsan. Ölüm halında belə gülməli vəziyyət yaranacaq. Avtomobil qəzasında ölüb, intihar edib, xərçəng idi, filan küçənin tinində öldürdülər, əsgərlikdə vurulan atəşdən dünyasını dəyişdi,dənizdə boğuldu  və s . Düşünürsən, nə qədər bəsit və adi ölümlərdir.  Əvvəllər insanlardan soruşurdular ki, hansı ölüm hallarından qorxursan? Onların cavabları  isə ən gözlənilməz ölüm halları idi. İndi səbəblər də bəsitləşib. P.S Odur ki, itirmək qorxusu ...

6 aydan sonra 23 yaş

23 Sentyabr. 6 aydan sonra 23 yaş . Bu şəhərin küçələrindən keçəndə, evimizə gedəndə, qonşu satıcıdan çörək alanda nə üçün burdayam sualı məni düşündürür. Küçədən keçəndə qadının”Nə gülməli vəziyyətdəyik” deməsi, hər xırda məsələ üçün deyinən insanlar, səhər mənzil başına çatmağına mane olan tıxac və s məni narahat etmir. Düzünü deyim nə vaxt gözümdən düşdün. O vaxt ki, aşsüzən kimi insanları seçib qarşıma çıxaranda. Bir daha başa düşdüm ki, biz bir-birimizə yadıq.

"Unudulmağım mənim vecimə də deyil"

Belə nəticəyə gəlirəm ki, insanlarımız çox incikdilər. Gedin toz basmış auditoriyalarda dərs deyən bir pedaqoqu danışdırın, görün nə qədər incikdi. Yəqin indi düşünəcəksiz hər hansı birinin incik olması kimin nəyinə lazımdır. İnandıram ki, o hər hansı biri dediyinizin bizim yaşımızdan da çox həyat təcrübəsi var. Yəni deyəcəyim insanlar bir-birilərinin əməyini dəyərləndirməyi bacarmalıdırlar.Bu gün pulun, vəzifən ola bilər. Sabah isə unudulmağın inan sənin özünə də pis təsir göstərəcək. Ətrafımızdakı insanları heç olmasa dinləyək, başa düşməyə çalışaq. Yoxsa bir gün sən də toz basmış auditoriyalarda yaxud bunun lap pis versiyasında unudula bilərsən. 

Haqlısansa, fikrimi sübutlarınla dəyiş

Əgər sən fikrimi dəyişmək üçün heç nə etmir, bunu mənim öhdəmə buraxırsansa deməli mən fikrimin üstündə qalmaqda haqlıyam. Sən haqlısansa fikrimi sübutlarınla dəyiş.  Heç də qarşındakı geri zəkalı, aldadılmağa hazır olan biri də deyil. Və yaxud sənin olduğun status mənim fikrimi dəyişməyə sövq edə bilməz. Sən sadəcə qarşındakına bəzədilmiş, şablon sözlər verə bilərsən. P.s arada olur

“Xoşbəxt ürəklə ölürəm”

-İnsanların öz ağılları yoxdur ki, kütlələrin arxasıyca gedirlər. Tək də kütlələrə qarşı çıxa bilərsən. -Əgər sənin yaşadığın cəmiyyətdə hamı eyni nəsəni ritmik şəkildə edirsə, sən də kənarda qalmayım, aşda duzum olsun deyib onlara qoşulursan. İnan kənarda qalmaq olmur. 90-cı illərdə hamı nəsə etməyə çalışırdı. Mən isə qardaşımın uşaqlarına baxmalı idim. Onların təhlükəsizliyinə görə mən cavabdeh idim. Eyvana çıxıb ətrafa baxmaq istəyirdim. Elə bunu etmişdim ki, “Kişi deyilsən evdə oturmusan” sözlərini eşitdim. İnanın üstümdə nəsə məsuliyyət olmasaydı mən də həmin hadisələrin aktiv iştirakçısı idim. Bəlkə də həlak olmuşdum. Kütlə psixologiyası deyilən anlayış var. Həmişə dediyim  sözlərimin üstündən qara xətt çəkirəm. Ona görə xətt çəkmirəm ki, mən haqlı deyiləm, ona görə çəkirəm ki, bu gün izlədiyim sənədli film fikirlərimi dəyişdirməyə kömək oldu. Həmin sənədli film yaxın silahdaşının dediyi kimi “Səni çox sevirəm, çünki sən həm böyük, həm də sadəsən. Bu ancaq dahilərə məxsu...

Üzündə xoş təbəssüm olan xəstə uşaq

Hər tərəfi səsi bürümüşdü. Bu səs fikirlərimin nizamsızlığına səbəb olurdu. Hətta çevrilib sakit durun xahiş edirəm demək istədim də. Sonra eyni səsin eyni tonla davam etdiyini eşidən də dözmədim çevrilib baxdım. 8-9 yaşlarında, saçlar qırxılmış, sözləri doğru- dürüst də ifadə edə bilmir. Hiss edirəm ki əzab çəkir. Amma üzündə bütün bunlara baxmayaraq xoş təbəssüm . Hətta bir ara eyni təbəssümlə yaşlı kişiyə gəl yanımda otur deyə təklif də etdi. Valideynini də incidirdi, amma ana da o qədər səbr var idi ki, bəlkə də uşağa stimul verəndə həmin ana idi. Yol boyu bunları fikirləşdim. Sonra evə getdim həmin ananı, xəstə uşağı unutdum.