Skip to main content

Posts

Möcüzələr təsadüfdür, yoxsa real?: Morgan Freeman-ın “The story of God” seriyasından

  Möcüzələr bizə ümid verir və mümkünsüzü mümkün edir. Amerikalı aktyor Morgan Freeman-ın National Geographic-də yayımlanan “The story of God” seriyasından 3-nə baxmışam. Onlardan biri yaxşılıq, digəri pislik və nəhayətində möcüzələrin təsadüf, yoxsa Allahın izni ilə olması ilə bağlı idi. Hər 3 seriyada aktyor müxtəlif dinlər; islam, xristian, iudaizm üzərindən bir mövzunu mütəxəssislər ilə birgə araşdırır. Möcüzələr seriyasından bəzi yadda qalan fikirləri yazıram: -         Mən gənc olanda pnevmoniya xəstəliyinə tutulmuşdum, ölə bilərdim, amma möcüzəli şəkildə sağaldım. Filmləri hər zaman sevirdim, bir gün gəldi artıq filmlərdə oynayırdım. Mən bunu etmişdim. (Morgan Freeman) -         Qədim Çin inancına görə, insanlar bir-biri ilə əlaqəlidirlər. Qədim Çində meydana gələn daoism dininə (vahid və real bir həyatın olduğuna inanırlar) görə, quşlar əslində uçmurlar, balıqlar üzmürlər, onları külək və su hərəkət e...

“İtirəcəyiniz bir şey yoxdur”

  TED çıxışlarının ən üstün tərəfi odur ki, orda çıxış edən insanlar həyatlarında “böyük bir hadisə” yaşayıblar. Ondan dərs alıblar, çıxış yolu tapıblar və yola davam edib, uğur qazanıblar. TED-də çıxış edən fərqli həyat və təcrübəyə malik olan insanların hekayələrini dinləmək daha məntiqlidir. Bu gün qulaq asdığım bu 3 TED çıxışı çox təsirli idi. Bu insanların həyatları bir gün, müəyyən saatdan sonra dəyişib. Belə çıxışlarda eşidə bilərsiniz, filan gün, filan saatda, filan hadisə məni dəyişdirdi.   1-ci TED-də qız Böyük Britaniyaya köçür, həmin zaman isə ölkəsində müharibə gedir. O, deyir atam xəstə idi, mənə isə evdən qayıt gəl deyirdilər. Londonda isə immiqrant kimi getdiyimdən məni ölkədən çıxarmaq istəyirdilər. Londonda ikən hakim məndən son demək istədiyin nədir? sual etdikdə, ona “Mənim ölkəmə qayıtdıqda öləcəyim vecimə belə deyil” idi. O, deyir ki, Londonda heç nəyim yox idi, dili yaxşı bilmirdim, ailəmdən hələ də iqtisadi asılılığım var idi. Amma özümə belə bir sual...