Skip to main content

“Herschel Walker” keysi: Və vurdu qol oldu!

ABŞ-ın Georgia ştatında qubernator postuna namizəd olan Herschel Walker, keçmiş futbolçudur, biznesmendir, hazırda isə siyasət aləminə atılmaq niyyətindədir. Bu dəfə Herschel Walker keysi haqqında yazmaq istəyirəm.
Herschel Walker, eyni zamanda Donald Trump-ı özünün mentoru kimi görür, o, ABC News-da amerikan jurnalist-aparıcı Linsey Davis ilə müsahibəsində deyib ki, “Trump mənə ata olub, mənə yol göstərib, mentorum olub, mən siyasət müstəvisində onunla dostluq etməmişəm”. Bunu isə ona görə deyirdi ki, sabiq prezidentə görə, onun keçmişdəki etdiklərinə görə ittiham edirlər.

Belə ki, bu il ABŞ-ın Ali Məhkəməsi “Roe v. Wade” qanununa dəyişiklik edib, dəyişiklik isə qadınların bəzi hallar istisna olmaqla, abort etdirməsinə qarşıdır və bir çox ştatlarda qanun qüvvədədir. Herschel Walker isə kampaniyası çərçivəsində dəyişikliyin lehinə olduğunu bildirmişdi, ancaq daha sonra isə onu bir neçə onillik əvvəl sevgilisinə pul verib abort etdirməsinə məcbur etdiyi ilə bağlı ittihamlar ilə üz-üzə qalmışdı. Eləcə də oğlu da onu ittiham edərək bildirib ki, “sənin hər bir qadından bir uşağın var, sən yalançısan və qubernator olmağa layiq deyilsən”.
Herschel Walker-ə isə jurnalistlər dəfələrlə eyni sualı verdilər, soruşurdular, “oğlunuz sizi ittiham edir və yalançı adlandırır, nə düşünürsüz?”. O, isə sakit və təmkinlə, “Nə olur olsun, mən oğlumu həmişə sevirəm”.
Həm Donald Trump və oğlu ilə bağlı ittihamları çox yaxşı idarə etdi və Linsey ilə müsahibəsində bir yerdə nə üçün qubernator olmaq istədiyini də açıqladı və dedi ki, mən çətin uşaqlıq keçirmişəm, kiçik bir şəhərdə doğulmuşam, daha sonra futbol karyeramda zirvəni əldə etmişəm. İnsanlar çətin zamanlar keçirirlər, onların acılarını çox yaxşı başa düşürəm. Bir yerdə isə səmimi bir şəkildə gözləri yaşardı. Və vurdu qol oldu! Nəticədə, əgər mən seçici olsa idim, kəskinliklə namizədliyi üçün səs verərdim. Qeyd edim ki, Donald Trump-ı isə Ağ Evi tərk etməmişdən öncə məxfi sənədləri özü ilə aparması ilə ittiham edirlər və belə sənədləri onun Mar-a-Lago-dakı evindən tapmışdılar. Buna səbəb isə 2024-cü il prezident seçkilərində onun namizədliyini salmaqdır. Və ABŞ-da Herschel Walker də daxil olmaqla Donald Trump tərəfdaşlarını sıxışdırırlar və ştatlarda qubernator olmalarına maneə yaradırlar.

Comments