Skip to main content

Harvard-dan qovulan tələbə nümunəsində insanlara 2-ci bir şans vermək lazımdır

Son 4-5 aydır ki, Amerikalı jurnalist, insan davranışları və sosial elmlər sahəsi üzrə ixtisaslaşan araşdırmaçı Shankar Vedantam-ın “Hidden Brain” podkast seriyasına qulaq asıram. Səsinin o qədər sakitləşdirici gücü var (mənə çox yaxşı təsir edir) ki, eləcə də insan davranışları üzrə araşdırdığı mövzuları heç nəyə dəyişmək olmaz. Yəni, qulaq asırsınız, ancaq unudulmur, bir neçə gün mövzunu özün üçün müzakirə edirsən. Mən olsaydım nə edərdim?

Heç vaxt fotosuna baxmamışdım, bu dəfə Google etdim, doğrudan da səs və görünüş bütünləşirdi.

Bu səhər qulaq asdığım podkast isə insanların mühakimələri haqqında idi. Şəxsi və akademik keyfiyyətləri yaxşı olan gənc bir oğlanın etdiyi bir səhv bütün həyatını bir anda dəyişdirirdi. Həmçinin əlavə edim ki, o fizikdir, yaxşı golf oynayır və musiqi alətində mükəmməl ifa edir.

Həmin gənc çətinliyi sevdiyindən dolayı Harvard Universitetinə daxil olur, ancaq tələbələr arasındakı qrup çatında paylaşdığı seksual qrafikə görə, Universitet-dən qovulur.

O, deyir: “Milad bayramı bizim evdə çox səssiz keçdi, mən sadəcə başımı aşağı salıb, stolun küncünə baxırdım”.

Atası: “Mətbuatda Harvard-dan qovulan tələbələr haqqında (adlar verilməmişdi mətbuata) reportaj hazırlanmışdı və ifadə etdikləri başlıqlar çox ürəkağrıdıcı idi”.


Shankar Vedantam-ın fotosu

Gənc oğlan daha sonra ölkədəki bütün universistetlərə müraciət edir, aralarında Stanford, MIT və s. olur, ancaq rədd cavabı alır, aylarla bu siyahı uzanır. Daha sonra universitetlərdən biri onu qəbul edir və fizika barəsində söhbətlər edirlər, müsahibə çox yaxşı keçir. Üstəlik o müraciət edərkən Harvard-da etdiyi səhv haqqında da loyal olur. 

Atası həmin gün ağlayır.

Shankar Vedantam atasına “Nəyə görə ağladınız, sizə təsir edən nə idi?”.

Atası: “Uzun vaxtdan sonra kimsə - Professor oğluma qarşı çox qayğıkeş idi”. 

Qısası: İnsanlara 2-ci bir şans vermək lazımdır. 

Comments