Bir çox ingilis dilli ölkənin əmək bazarında işçi qıtlığı yaşanır. Məsələn, Avstraliya müəllim çatışmazlığından şikayətçidir, yeni universiteti bitirən müəllimlərin isə təcrübəli olmamasından narahatdırlar. Bir məktəb müdiri müsahibəsində deyirdi ki, “əvvəllər bir vakansiya üzrə yüzlərlə CV alırdıqsa, hazırda bu rəqəm 1-2-dir, çox acınacaqlı bir vəziyyət yaranıb”. Müəllimlərin isə əksəriyyəti onlayn çalışır, ya da öz bizneslərini qururlar, deyirlər ki, belə daha çox qazanmaq olur.
ABŞ-da bir çox pilot (onsuz da fantastik rəqəmlərə çalışırlar) təqaüd yaşından öncə əmək bazarından çəkilir. Yay mövsümü yaxınlaşır, qarşıda bu ölkədə bir çox bayramlar (4 İyul) olacaq, insanlar səyahət etmək, başqa ştatlarda yaşayan yaxınlarını görmək istəyirlər, amma bir çox səfərlər təxirə salınıb. Səbəb çox vaxt əməkdaş qıtlığı və ya hava vəziyyətinə görə baş verir. Amerikada iri texnologiya şirkətləri isə pandemiyadan sonra işçilərin ofis mühitinə qayıda bilməməsindən narahatdırlar. Ona görə də bir çox belə şirkətlər ofis mühitinin dizaynında ciddi dəyişikliyə gediblər və onlar üçün rahat mühitin olmasına çalışırlar.
Böyük Britaniyada dəmiryolu işçiləri boykot elan ediblər və deyirlər ki, şərtlərimiz qəbul olunmayana qədər davam edəcəyik, hətta bu sentyabr ayına qədər çəkə bilər. Good Morning Britain TV proqramının apardığı son sorğu göstərib ki, əhalinin 45%-i boykotçuları dəstəkləyir, bu isə 7% artım deməkdir. Həmkarlar İttifaqının rəhbəri və bir qrup insanlar əmindirlər ki, bu işçilərin real bir haqqıdır. Yaxın aylarda isə (iyul) hava yolu işçilərinin, müəllim, həkim, tibb bacıları, avtobus və s. işçilərinin da belə boykotlar edəcəyi gözlənilir. Onlar yaxşı iş mühiti, yaxın 5 il ərzinə maaşlarında 30% artımın olmasını tələb edirlər. Dövlət isə deyir ki, onlara pandemiya zamanı milyonlarla pound pul ayrılıb, dəmiryolu işçiləri yeganə işçilər olub ki, onlar pandemiya zamanı işlərini itirməyiblər.
Böyük Britaniya ölkəyə leqal yolla gələn vətəndaşların tərəfdarıdır, məsələn, dövlət iqtisadi səbəbdən dolayı ölkəyə illeqal yolla gələn şəxsləri Ruandaya-Afrika ölkəsinə köçürdü, görünür, onlara belə işçilər lazım deyil. Ona görə də, bəlkə də yaxın zamanlarda dövlət kompromisə getməyə razı olacaq, çünki ölkədə bir çox tədbirlərin təşkilatçıları işçilərin boykotuna görə çətinlik yaşayır. İnsanlar (xəstələr, məktəblilər, tələbələr, işçilər) rahat və vaxtında lazım olan yerə gedə bilmir.
Bu gün bizim ölkədə də beyin köçü aktual bir məsələdir, məsələn, Dövlətin xaricdə təhsil ilə bağlı dövlət proqramında bir bənd var ki, dövlət səni oxutduracaq, amma təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmalısan.Yaxın onillikdə diktə edən tərəf şirkət rəhbəri yox, işçi olacaq, yoxsa əminəm heç kim istəməz ki, elan etdiyi vakansiyaya 1-2 nəfər müraciət etsin, necə ki, bu nümunə dünya ölkələrində var.

Comments
Post a Comment